Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Lökbatanda yanan anbar "Bakı Logistika"ya aid deyilmiş

15.05.2026 20:56 621
Lökbatanda yanan anbar
Xəbər verdiyimiz kimi, may ayının 13-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib.

"Unikal"ın əldə etdiyi məlumata görə, yanan anbar "Bakı Logistika Mərkəzi"nin ərazisində olsa da, ona məxsus olmayıb.

Lakin ərazidə digər şirkətlərin də özünün fərdi anbarı yanıb. Sözügedən anbarlardan biri də "MyAnbar" MMC-yə aid olub.

"MyAnbar"ın rəhbəri Anar Kərimov "Unikal"a açıqlamasında bildirib ki, bir sıra şirkətlər mallarını həmin anbarda saxlayıblar. Onun sözlərinə görə, "Bakı Logistika Mərkəzi"nin ərazisindən çıxaraq başqa yerə köçəcəklər.

Qeyd edək ki, bundan əvvəl yanan anbarın "Bakı Logistika Mərkəzi"nə məxsus olduğu deyilirdi.

Son xəbərlər