Mojo.az Banner
22:59 Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO  |     22:52 Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?  |     22:46 Dövlətə xəyanət: 4 nəfər barəsində qərar verildi  |     22:40 Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)  |     22:31 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA  |     22:26 Gecə cəmi 11 dəqiqə artıq yatmaq ürək sağlamlığı üçün nə qədər əhəmiyyətlidir?  |     22:20 Nömrə 1000 dollara, maşın pulsuz satılır  |     22:14 Dövlət qurumunda 1700 işçi çıxıb  |     22:06 Bacısının evində qonaq qaldı, 1050 manatlıq oğurluq etdi  |     22:00 Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI  |     21:53 İşdən çıxarılan sabiq direktor məktəbin sanitar qovşağını sökdürdü - VİDEO  |     21:47 Nəticələr açıqlandı: 1467 namizəd müəllim adını qazandı  |     21:40 Bakıda bəzi yollar bağlanacaq  |     21:33 Bu 3 bürcə möcüzə gəlir  |     21:27 Bakıda bu poliklinikalar TƏMİR OLUNACAQ  |     21:17 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar  |     21:14 Bu avtomobillər 600 manatdan satışa çıxarılır  |     21:09 Biləcəri enişində yolun bağlanması prosesi gecikib - SƏBƏB  |     20:51 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub  |     20:51 İsveçrəyə səfir təyin olunan Vaqif Sadıqov kimdir? - DOSYE  |    
Left Banner
Right Banner

TDT ölkələrinin liderləri WUF13-də fəal iştirak edəcəklər

15.05.2026 22:49 429
TDT ölkələrinin liderləri WUF13-də fəal iştirak edəcəklər
Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin liderləri mayın 17-dən 22-dək Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) fəal iştirak edəcəklərini təsdiqləyiblər.

Median.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə TDT-nin qeyri-rəsmi sammitinin yekunları üzrə bu gün qəbul edilmiş Türküstan Bəyannaməsində bildirilir.

"İnklüziv, dayanıqlı və ekoloji cəhətdən təhlükəsiz şəhərlərin və icmaların təşviqi üçün şəhərsalma planlaşdırılmasının, eləcə də rəqəmsal texnologiyalardan, innovativ həllərdən və məlumatlara əsaslanan yanaşmalardan istifadə etməklə dayanıqlı şəhər və məkan inkişafının strateji əhəmiyyətini vurğulayırıq. Biz 2026-cı il mayın 17-dən 22-dək Azərbaycan Respublikasında "Dünyanın mənzillə təminatı: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" mövzusunda keçiriləcək WUF13-də fəal iştirak etmək niyyətimizi təsdiqləyirik", - bəyannamədə qeyd olunur.

Sənədə əsasən, imzalayan tərəflər süni intellekt və rəqəmsal texnologiyalar sahəsində, o cümlədən TÜRKPA vasitəsilə hüquqi bazanın uyğunlaşdırılması istiqamətində səyləri gücləndirmək barədə də razılığa gəliblər.

Liderlər 2025-ci ilin noyabrında Azərbaycanda yaradılmış Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, onun rəqəmsal innovasiyaların inkişafı, startap ekosistemlərinin dəstəklənməsi, eləcə də Azərbaycanda və daha geniş regionda rəqəmsal transformasiyanın təşviqi üçün əhəmiyyətini vurğulayıblar.

Sənəddə vurğulanır ki, mərkəzin əsas məqsədi innovasiya və sahibkarlıq potensialının gücləndirilməsi, ekosistem daxilində əməkdaşlığın inkişafı, eləcə də regionda və onun hüdudlarından kənarda rəqəmsal transformasiyanın sürətləndirilməsidir.скачать dle 11.3
Mojo.az Banner