Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:02 Ronaldo milli karyerasını bitirdi (AÇIQLAMA) | 14:49 Ermənistan Parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək | 14:46 Məcəlləyə dəyişiklik: Kim Azərbaycanın vergi rezidenti hesab ediləcək? | 14:39 Bakıda bu avtobuslar YENİLƏNİR | 14:34 Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər? | 14:27 Bayram günlərində işləyənlərə əlavə əməkhaqqı necə hesablanmalıdır? – AÇIQLAMA | 14:25 Saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər: Kimlərə şamil ediləcək? | 14:23 Paşinyanın Türkiyəyə səfəri planlaşdırılır | 14:23 Mövsümi işçilərlə bağlı yeni qayda təklif olunur | 14:13 Daha bir rüsumun ləğvi təklif olunur | 13:54 Rəcəb Tayyib Ərdoğandan Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama (Yenilənib) | 13:46 Uşaq pulu olmadan demoqrafik artıma nail olmaq çətindir – EKSPERT | 13:32 Nigar Fərhadın əri yenidən həbs olundu | 13:22 Lotereya və idman mərc oyunları üçün yeni vergi qaydaları təklif edilir | 13:22 DTX dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri yaxaladı | 13:21 Kənd təsərrüfatında vergitutma qaydaları dəyişir | 13:14 Avtomobil sənayesi üçün yeni güzəşt | 13:13 Azərbaycanda ikinci əl mənzillərin satışı ilə bağlı yenilik | 13:04 Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda | 13:00 İkinci əl avtomobil satanların nəzərinə: Qaydalar dəyişir |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda yeni əməkhaqqı modeli: maaşlar belə hesablanacaq

15.05.2026 21:36 546
Azərbaycanda yeni əməkhaqqı modeli: maaşlar belə hesablanacaq
Azərbaycanda minimum saatlıq əməkhaqqının tətbiqi gündəmə gəlib. Belə ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında imzalanan 2026-2028-ci illər üzrə Baş Kollektiv Sazişdə öz əksini tapıb. Sazişə əsasən, tərəflər minimum əməkhaqqının mərhələli artırılması, onun orta aylıq əməkhaqqına nisbətinin Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması, həmçinin minimum saatlıq əməkhaqqının tətbiqi ilə bağlı qanunvericiliyə dəyişikliklərin təsdiqlənməsi istiqamətində fəaliyyət göstərəcəklər.

Median.Az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, saatlıq əmək rejimi hazırda əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur.

Onun sözlərinə görə, bu sistem əməkhaqqının işlənilən saata uyğun hesablanmasını və əməkdaşın gördüyü işə uyğun ödəniş almasını nəzərdə tutur.

“Əməkhaqqı saatlıq əsasda hesablanır, ödəniş isə ayda bir, iki, bəzi hallarda isə üç dəfə həyata keçirilə bilər. Lakin praktikada daha çox ayda bir və ya iki dəfə ödəniş tətbiq olunur. Bu mexanizm üzrə nəzarət sistemi də formalaşdırılacaq. Çünki əmək müqavilələri artıq saatlıq əməkhaqqı modelinə uyğun tərtib ediləcək. Nəzərə alsaq ki, əmək müqavilələri elektron qaydada bağlanır, elektron sistemdə də saatlıq iş rejimi ayrıca nəzərə alınacaq. Müqavilələr bu əsasda hazırlanacaq, imzalanacaq və elektron bazaya daxil ediləcək”.

Deputat həmçinin vurğulayıb ki, saatlıq əməkhaqqı sistemi eyni zamanda vətəndaşlara bir neçə yerdə işləmək imkanı yaradır:

“Bu isə xüsusilə yarımştat çalışan və ya paralel olaraq müxtəlif iş yerlərində fəaliyyət göstərən şəxslərin gəlirlərinin artmasına şərait yarada bilər. Bu model əmək bazarı üçün yenilik hesab olunur. Onun əsas üstünlüklərindən biri də məşğulluğun rəsmiləşdirilməsinin genişlənməsinə töhfə verməsidir. Çünki bəzi hallarda vətəndaşlar ikinci iş yerində fəaliyyət göstərsələr də, həmin əmək münasibətləri rəsmiləşdirilmir. Saatlıq minimum əməkhaqqı mexanizmi isə bu fəaliyyətlərin də hüquqi çərçivəyə salınmasına imkan yarada bilər”.

V.Bayramov onu da əlavə edib ki, bu mexanizmin tətbiqi nəticəsində qeyri-rəsmi məşğulluğun azalacağı gözlənilir:

“Bu, həm əmək bazarının leqallaşdırılması, həm də məşğulluq sisteminin daha şəffaf şəkildə formalaşdırılması baxımından mühüm addım hesab olunur. Bu eyni zamanda qeyri-leqal məşğulluğa qarşı mübarizə və əmək bazarında aparılan islahatların tərkib hissəsi kimi qiymətləndirilə bilər”, - deyə deputa fikrini tamamlayıb.

Son xəbərlər