Mojo.az Banner
15:50 Valideynlərin DİQQƏTİNƏ: Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI  |     15:45 Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs olundu  |     15:43 Bakıda 38 yaşlı qadın dənizdə batdı  |     15:42 Küçədə keçmiş arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxsin vəziyyəti açıqlandı  |     15:33 Bəzi məhsulların sənədi olmadan ölkəyə gətirilməsi QADAĞAN EDİLİR  |     15:32 ƏDV ilə bağlı qərar: Yeni köçürmə imkanı yaradılır  |     15:21 "Psixiatriya yardımı haqqında" Qanun dəyişir - Milli Məclis TƏSDİQLƏDİ  |     15:19 Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı artıb  |     15:15 İsmayıllıda BƏDBƏXT HADİSƏ: 5 yaşlı uşaq HOVUZDA BOĞULDU  |     15:12 Azərbaycandan tranzit keçməklə Ermənistana yeddi vaqon buğda göndəriləcək  |     14:45 Yaxın Şərqdə gərginliyin artması nefti bahalaşdırdı  |     14:25 Tarixi abidələrlə bağlı YENİ QƏRAR  |     13:18 Gəncədə yas məclisində zəhərlənənlərin SON DURUMU - RƏSMİ AÇIQLAMA  |     12:41 Rusiyada güclü zəlzələ oldu  |     12:40 Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayıb  |     12:39 Bakıda baş verən yanğında 3 nəfər tüstüdən zəhərlənib  |     12:21 Maykl Cekson haqqında bioqrafik film rekord qırdı  |     12:03 "Benfika"nın sabiq futbolçusu qəzada həlak oldu  |     11:47 İnternet kabelinə görə ölümlə bitən mübahisənin TƏFƏRRÜATI - Ailə bir neçə nəfərdən şübhələnir (Video)  |     11:45 Türkiyədə kurortda onlarla turist xəstəxanaya yerləşdirildi  |    
Left Banner
Right Banner

Yalnız bu işçilərə küçəyə çıxmağa icazə veriləcək

04.06.2020 17:42 1 416
Yalnız bu işçilərə küçəyə çıxmağa icazə veriləcək
Xəbər verdiyimiz kimi, Azərbaycanda həftə sonları sərt karantin rejimi tətbiq ediləcək.

Median.Az
2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək fəaliyyətinə icazə verilən məhdud sayda qurum və xidmətlərin siyahısını təqdim edir:

xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;

sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;

kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);

elektrik enerjisinin istehsalı və təchizatı;

meliorasiya və su təsərrüfatı;

rabitə xidmətləri;

teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;

dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;

boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;

fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);

neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək. Eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcək.скачать dle 11.3
Mojo.az Banner