Mojo.az Banner
14:25 Tarixi abidələrlə bağlı YENİ QƏRAR  |     13:18 Gəncədə yas məclisində zəhərlənənlərin SON DURUMU - RƏSMİ AÇIQLAMA  |     12:41 Rusiyada güclü zəlzələ oldu  |     12:40 Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayıb  |     12:39 Bakıda baş verən yanğında 3 nəfər tüstüdən zəhərlənib  |     12:21 Maykl Cekson haqqında bioqrafik film rekord qırdı  |     12:03 "Benfika"nın sabiq futbolçusu qəzada həlak oldu  |     11:47 İnternet kabelinə görə ölümlə bitən mübahisənin TƏFƏRRÜATI - Ailə bir neçə nəfərdən şübhələnir (Video)  |     11:45 Türkiyədə kurortda onlarla turist xəstəxanaya yerləşdirildi  |     11:25 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?  |     23:00 İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?  |     22:52 Növbəti 4 günə diqqət! – XƏBƏRDARLIQ EDİLDİ  |     22:43 Ucarda 16 yaşlı gəncin suda boğulmasının təfərrüatları - FOTO  |     22:38 Dünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür  |     22:29 Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI  |     22:24 Fransada meşə yanğınları ilə əlaqədar həbslər olub  |     22:18 Çində təxliyə edilən insanların sayı 1 milyonu keçdi - YENİLƏNİB  |     22:11 İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?  |     22:05 "Barselona"dan 100 milyonluq transfer əməliyyatı  |     21:56 Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar  |    
Left Banner
Right Banner

Maykl Cekson haqqında bioqrafik film rekord qırdı

13.07.2026 12:21 147
Maykl Cekson haqqında bioqrafik film rekord qırdı
Amerikalı müğənni, pop musiqisinin kralı hesab olunan Maykl Cekson haqqında aprelin 23-də ekranlara çıxan "Maykl" bioqrafik filmi dünya kinoprokatında bir milyard dollar gəlir əldə edib.

Median.Az
"Variety" nəşrinə istinadən xəbər verir ki, film "Lionsgate" studiyasının ən gəlirli filmi və tarixdə ən çox gəlir əldə edən bioqrafik film olub.

ABŞ kinoteatrlarında ekran əsəri 371.8 milyon dollar, xarici ölkələrdə isə daha 629.8 milyon dollar gəlir gətirib. Yalnız ilk həftəsonunda Maykl Cekson haqqında bioqrafik film 314 milyon dollar qazanıb.

Təkrar nümayişlər sayəsində "Maykl" bioqrafik filmlər arasında dünya üzrə kassa gəlirlərinin liderinə çevrilib. Film 975 milyon dollar gəlir əldə edən 2023-cü il istehsalı "Oppenheymer"i və daha əvvəl ən gəlirli bioqrafik filmi hesab olunan 2018-ci il istehsalı "Bohem Rapsodiyası"nı (911 milyon dollar) geridə qoyub.

"Lionsgate" studiyası Şimali Amerikada filmin yayımını həyata keçirib, "Universal" studiyası isə beynəlxalq prokatı təşkil edib. Məşhur müğənni haqqında bioqrafik filmə qədər "Lionsgate"in ən çox gəlir gətirən filmi 2013-cü ildə çəkilmiş "Aclıq oyunları: Alovlanma" (865 milyon dollar) olub.

"Maykl" filmi müğənninin "Jackson 5" qrupundan pop musiqisinin kralı statusuna qədər keçdiyi yolu əks etdirir. Maykl Cekson rolunu müğənninin bacısı oğlu Cafar Cekson canlandırıb. Bu, aktyorun kinoda debütü olub.//oxu.azскачать dle 11.3
Mojo.az Banner