Mojo.az Banner
20:11 Yaponiyada güclü zəlzələ baş verdi  |     19:08 Həbsxanalarla bağlı YENİLİK  |     18:54 Yeni il dünyada qeyd olunmağa başladı  |     18:50 Fransada 15 yaşından kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsi qadağan edilir  |     17:48 Rumıniya Ukrayna üçün silah alışı proqramına qoşulub  |     17:46 Yeni ildən bu cərimələr artacaq (Video)  |     16:19 Bakıda 64 yaşlı qadın dəm qazından boğularaq ölüb  |     16:12 Bakıda restoranda yanğın olub  |     16:11 Nəriman Həsənzadə xəstəxanadan evə buraxıldı  |     15:22 Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri təşkil olunub  |     15:11 Azərbaycan iqtisadi gücünə görə dünyada neçənci yerdədir?  |     15:02 "Euronews": Bakı tarix və müasirliyin vəhdətinin nümunəsidir (Video)  |     15:00 2010-cu ildən bəri ilk dəfə: Amerika biznesini iflas dalğası bürüyüb  |     14:42 "Azərpambıq"ın xaricə satışdan gəlirləri 15,9 milyon dollar azalıb  |     13:56 Pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar  |     13:48 İngiltərə klubu ağlagəlməz antirekordu təkrarladı  |     13:46 Qar yağacaq, yollar buz bağlayacaq  |     12:45 Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanıldı  |     12:28 Lerikdə mikroavtobus dərəyə aşdı, 6 nəfər yaralandı  |     12:27 Küləkli hava şəraiti ilə əlaqədar sürücülərə XƏBƏRDARLIQ  |    
Left Banner
Right Banner

"Qəbələ" və "Neftçi" böyük hesabla qələbə qazanıblar

07.03.2020 20:36 1 873
Bu gün Azərbaycan Premyer Liqasında XX tura start verilib.

Median.Az
-ın  Apasport.az saytına istinadən məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Baş tutan hər iki görüş qonaqlar üçün uğursuz alınıb. Həm "Qəbələ", həm də "Neftçi" doğma azarkeşləri önündə böyükhesablı qələbə əldə edib. Üstəlik, qonaq komandalar bir qol belə vura bilməyiblər.

Tura Qəbələdə start verilib. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sumqayıt” autsayderin qonağı olub. "Qəbələ" doğma meydanında keçirdiyi görüşdə gözlənilmədən rəqibini darmadağın edib. İlk hissədə 4 dəqiqə ərzində "kimyaçılar"ın qapısından 2 top keçirən "qırmızı-qaralar" fasilədən sonra rəqibi daha 3 dəfə mərkəzə dəvət ediblər. Bu nəticə “Qəbələ”yə ardıcıl ikinci qalibiyyətini qazandırıbsa, "Sumqayıt"ın qələbə həsrəti 4 matça yüksəlib.

Günün ikinci görüşündə iki Bakı klubu üz-üzə gəlib. "Sabah"ı qəbul edən “Neftçi” də asan qələbəyə sevinib. Erkən qolla hesabı açan Füzuli Məmmədovun yetirmələri ikinci hissədə məhsuldarlığını daha da artıraraq 3 xalı aktivinə yazdırıb. Bununla "Neftçi" məğlubiyyərsiz oyunlar seriyasını 9-a yüksəldib.

Qeyd edək ki, tura martın 8-də baş tutacaq iki matçla yekun vurulacaq. “Səbail” “Zirə”ni, “Keşlə” “Qarabağ”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası
XX tur
7 mart (şənbə)
16:00. “Qəbələ” – “Sumqayıt” - 5:0
Qollar: Nikolas Raysel, 34, 89 (pen.); Amin Seydiyev, 37; Rövlan Muradov, 52; İviça Zuniç, 63
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Nicat İsmayıllı
“Qəbələ”: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 28. Murad Musayev, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopes, 32. Nikolas Raysel, 19. Rövlan Muradov, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 12. Abdelrafik Jerar, 22. Rodriqo Qattas, 17. Yaovi Akakpo, 55. İdris İnqilablı
Baş məşqçi: Azər Bağırov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov (k), 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev, 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 97. Xəyal Nəcəfov, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 88. Cavid Quliyev
Baş məşqçi: Ayxan Abbasov
Qəbələ şəhər stadionu

18:00. “Neftçi” – “Sabah” - 4:0
Qollar: Saman Nərimancahan, 6; Anton Krivotsyuk, 49; Baqali Dabo, 62, Mirabdulla Abbasov, 90+1
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Kamal Umudlu
“Neftçi”: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 9. Baqali Dabo, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 77. Donald Gerye, 88. Saman Nərimancahan, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 22. Mirabdulla Abbasov, 93. Soni Mustivar, 10. Dario Frederiko, 11. Evangelos Platellas, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 40. Vüqar Həsənov
Baş məşqçi: Füzuli Məmmədov
“Sabah”: 71. Dmitro Bezruk, 5. Kərim Diniyev, 27. Məqsəd İsayev, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə (k), 13. Filip İvanoviç, 9. Marko Deviç, 30. Mario Marina, 18. Xulio Sezar Rodriges, 11. Şakir Seyidov
Ehtiyat oyunçular: 70. Hüseynəli Quliyev, 6. Vadim Abdullayev, 32. Rəşad Eyyubov, 77. Cavid Tağıyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 99. Ramil Şeydayev, 23. Amadu Diallo, 2. Elçin Mustafayev, 38. Arsen Ağcabəyov
Baş məşqçi: Jelko Sopiç

Bombardirlər: Stiven Monroz, Baqali Dabo (hər ikisi "Neftçi"), Mahir Emreli ("Qarabağ"), Peyman Babayi ("Sumqayıt") - 7 qolскачать dle 11.3