Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Çin Ayda naqilsiz enerji ötürməyi təklif edir - Yeni texnologiya

13.07.2026 21:09 354
Çin Ayda naqilsiz enerji ötürməyi təklif edir - Yeni texnologiya
Çin alimləri Ayda elektrik enerjisinin naqillərdən istifadə olunmadan ötürülməsini mümkün edə biləcək yeni konsepsiya hazırlayıblar. Bu yanaşmanın gələcəkdə Ayın cənub qütbündə aparılacaq elmi tədqiqat missiyalarının enerji təminatını xeyli asanlaşdıra biləcəyi bildirilir.

"Interesting Engineering" nəşrinin yazdığına görə, layihə Ayın cənub qütbünə yönəlib. Bu bölgədə kraterlərin hündür kənarları demək olar ki, fasiləsiz Günəş işığı alır, dərin və daim kölgədə qalan kraterlərdə isə böyük həcmdə buzun olduğu ehtimal edilir.

Alimlər uzun elektrik xətlərinin çəkilməsi və ya ağır batareyaların daşınması əvəzinə fərqli həll təklif edirlər. Belə ki, Günəş işığı alan yüksəkliklərdə quraşdırılacaq günəş elektrik stansiyaları lazer şüaları vasitəsilə enerjini kölgədə çalışan Ay roverlərinə ötürəcək.

Harbin Texnologiya İnstitutunun tədqiqatçıları hesab edirlər ki, bu üsul Ayın ən çətin və elmi baxımdan ən qiymətli bölgələrində fəaliyyət göstərən missiyalar üçün daha səmərəli enerji təminatı yarada bilər.

Araşdırmanın nəticələrinə əsasən, lazer enerjiötürmə stansiyalarının təxminən 100 metr yerinin dəyişdirilməsi enerji şəbəkəsinin əhatə dairəsini 35%-dən çox artırır və enerji alan ərazilərin demək olar ki, tam təmin olunmasına imkan verir.

Nəşr qeyd edir ki, bu təşəbbüs Çin və ABŞ-ın Ayda insanların uzunmüddətli fəaliyyətini və elmi ekspedisiyaları təmin etmək istiqamətində səylərini artırdığı dövrdə irəli sürülüb. Hazırda Ayın cənub qütbü həm ABŞ-ın Artemis proqramının, həm də Çinin "Çan'e" (Chang'e) missiyalarının əsas hədəflərindən biri hesab olunur.

Mütəxəssislərin fikrincə, bu bölgə uzun müddət Günəş işığı alan yüksəklikləri və kölgəli kraterlərdə su buzunun mövcudluğu ehtimalı səbəbindən gələcək elmi araşdırmalar, yerli resurslardan istifadə və Ay bazalarının tikintisi üçün ən perspektivli ərazilərdən biridir.
//qaynar.az

Son xəbərlər