Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |    
Mojo.az Avto
Mojo.az Avto

Süni intellekt 55 yaşdan yuxarı işçilərin işdən çıxarılma ehtimalını artırır

13.07.2026 22:39 363
Süni intellekt 55 yaşdan yuxarı işçilərin işdən çıxarılma ehtimalını artırır
Süni intellekt pensiya yaşına yaxın olan əməkdaşların məşğulluğuna gənc mütəxəssislərlə müqayisədə daha ciddi təsir göstərə bilər. Bu nəticəyə ABŞ-da "ChatGPT"nin istifadəyə verilməsindən sonra əmək bazarında baş verən dəyişiklikləri təhlil edən Boston Kollecinin Pensiya Araşdırmaları Mərkəzinin tədqiqatçıları gəliblər.

Bu barədə "Futurism" məlumat yayıb.

İqtisadçı Ceffri Sansenbaxer dövlət məşğulluq statistikasını müasir dil modelləri əsasında peşələrin avtomatlaşdırılma ehtimalını qiymətləndirən "Süni intellektə məruz qalma indeksi" ilə müqayisə edib. Daha sonra o, "ChatGPT"nin istifadəyə verildiyi 2022-ci ilin sonunadək olan dövrün göstəricilərini sonrakı dövrün göstəriciləri ilə tutuşdurub.

Araşdırmaya əsasən, generativ süni intellekt geniş yayılmazdan əvvəl proqramlaşdırma, mühasibat uçotu, vergi məsləhətçiliyi və digər intellektual əmək sahələrində çalışan 55 yaşdan yuxarı mütəxəssislər orta hesabla fiziki əmək sahələrində çalışanlardan daha uzun müddət işlərini qoruyub saxlayırdılar. Lakin süni intellektin geniş tətbiqindən sonra bu tendensiya dəyişməyə başlayıb.

Ən nəzərəçarpan dəyişiklik proqramçılar arasında qeydə alınıb. Belə ki, 55 yaşdan yuxarı proqramçıların işdən çıxarılması halları 25 faizdən çox artıb. Mühasiblər və auditorlar arasında bu göstərici təxminən 22 faiz yüksəlib. Müqayisə üçün qeyd olunur ki, məsələn, rəngsazlar kimi fiziki peşə sahibləri arasında artım cəmi 2 faiz ətrafında olub.

Tədqiqat həmçinin göstərib ki, avtomatlaşdırılma riski yüksək olan peşələrdə çalışanlar işlərini daha tez-tez itirərək işsizlər sırasına qoşulurlar. Eyni zamanda, könüllü şəkildə pensiyaya çıxanların sayında demək olar ki, dəyişiklik müşahidə olunmayıb. Tədqiqatın müəllifinin fikrincə, bu, təcrübəli mütəxəssislərin bir qisminin karyerasını öz istəyi ilə deyil, əmək bazarında baş verən dəyişikliklər səbəbindən planlaşdırdıqlarından daha tez başa vurduğunu göstərə bilər.

Bununla yanaşı, tədqiqatçılar bildirirlər ki, süni intellektin məşğulluğa təsiri ilə bağlı qəti nəticələr çıxarmaq üçün hələ tezdir. Bununla belə, araşdırmanın nəticələri yeni tendensiyaya işarə edir: generativ süni intellektin inkişafı riskləri təkcə karyerasına yeni başlayan mütəxəssislər üçün deyil, həm də uzunillik iş təcrübəsinə malik əməkdaşlar üçün artıra bilər.
//qaynar.az

Son xəbərlər