Mojo.az Banner
13:31 Məşhur britaniyalı rejissor Con İrvin vəfat etdi  |     13:29 Sabah bəzi rayonlarda leysan olacaq  |     13:14 Cəlilabadda sürücü sükan arxasında öldü  |     12:45 Mazasırda DƏHŞƏTLİ HADİSƏ: Kişi öldürüldü, arvadı tutuldu  |     11:47 Biləsuvarda DƏHŞƏT: Kişi arvadının bədənində siqaret söndürdü  |     11:40 Abituriyentlərin DİQQƏTİNƏ - Son gündür  |     11:34 Qapalı məkanlarda siqaret çəkənlər cərimələnə bilər – Hüquqşünas  |     11:31 Təmirə verdiyiniz əşya itərsə, nə etməlisiniz? – Hüquqşünas açıqladı  |     11:24 Paytaxtda investisiya üçün ən yaxşı ərazilər AÇIQLANDI  |     11:21 “By Ella” ləqəbli bloqer həbs edildi  |     11:16 Mirrəhim Nəbiyev vəzifəsindən azad edildi  |     22:01 "Barni Kids" və rəhbəri cərimələndi: Səbəb nədir?  |     21:55 Xankəndidə restoranın qarşısında dava-dalaş - 2 gənc həbs edildi  |     21:50 Azərbaycanda bəzi təşkilatların hesablarına kiberhücum olub  |     21:42 Prezident təqaüdçüləri ailə qurur  |     21:36 Universitetdə təmir işləri görərkən qəfil öldü  |     21:31 Heyvan kəsimində baytarlıq nəzarəti niyə vacibdir? - VİDEO  |     21:24 Qaradağda oğurluq edən şəxs saxlanıldı  |     21:19 İrəvana uçmalı olan təyyarə yararsız imiş  |     21:11 Avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb  |    
Left Banner
Right Banner

"Chrome" dövrünün sonu? - "OpenAI" yeni nəsil intellektual brauzeri təqdim edir

11.07.2025 11:34 726
"ChatGPT" süni intellekt sisteminin yaradıcısı olan "OpenAI" şirkəti yaxın vaxtlarda süni intellekt texnologiyalarına əsaslanan öz brauzerini təqdim edəcək.

Bu barədə "Reuters" agentliyi məsələ ilə tanış mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, "OpenAI"nin yeni brauzeri geniş süni intellekt funksiyaları ilə təchiz ediləcək. Bu, istifadəçilərə informasiya axtarışını avtomatlaşdırmağa imkan verəcək.

Əgər məhsul uğurla istifadəyə verilərsə, "OpenAI"nin brauzeri hazırda qlobal bazarın üçdəikisindən çoxuna sahib olan "Google Chrome"un mövqelərini zəiflədə bilər və şirkət üçün əhəmiyyətli reklam gəlirləri təmin edə bilər.

Qeyd edək ki, 2025-ci ilin aprelində "OpenAI" "Google Chrome"un alınmasında maraqlı olduğunu bəyan etmişdi, lakin bu saziş baş tutmamışdı.скачать dle 11.3
Mojo.az Banner