Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Biznesmenin dörd milyonunu ələ keçirən şəxslərin cəzası bəlli oldu

13.07.2026 21:36 576
Biznesmenin dörd milyonunu ələ keçirən şəxslərin cəzası bəlli oldu
İş adamı Quvat Beybutovun 4 milyon manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Median.Az
"Qafqazinfo"ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Bu iş üzrə 5 nəfər - tanınmış idmançı və federasiya rəhbəri Ceyhun Əşrəfov, dövlət qurumlarından birində sürücü işləmiş Seymur Məhərrəmov, onlarla əlbir olan Cavid Hüseynli, Rüstəm Qafarov və Zaur Qurbanov mühakimə ediliblər. Onlardan yalnız sonuncu ikisi həbsdə idi.

Prokuror ittiham nitqində dəstə üzvlərinin hər birinin xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 10 il 6 aydan 13 ilə kimi həbs edilmələrini tələb etmişdi.

Amma son iki həftədə təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsə dəymiş 4 milyon manatdan bir az artıq ziyanı tam ödəyiblər. Nəticədə Quvat Beybutovla barışıq əldə olunub.

Hakim Zaur Hacıyevin sədrlik etdiyi məhkəmə kollegiyası belə olan halda müttəhimlərin azadlıqdan məhrum edilmələri üçün əsas görməyib.

Hökmə əsasən, Seymur Məhərrəmov, Cavid Hüseynli, Rüstəm Qafarov və Zaur Qurbanova 3 il sınaq müddəti tətbiq olunmaqla şərti cəza verilib. Ceyhun Əşrəfov əlavə olaraq dövlət rüsumu ödədiyi üçün onun cinayət işinə xitam verilib (C.Əşrəfov barəsində başqa cinayət işi də başlanılıb. Həmin iş üzrə yaxında məhkəmə başlayacaq - red).

Bu vaxta kimi həbsdə olan Rüstəm Qafarov və Zaur Qurbanov isə məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, Seymur Məhərrəmov digər təqsirləndirilən şəxslərlə əlbir olaraq dələduzluq planı qurmaqda ittiham olunur. İttihama görə, qrup üzvləri tikinti şirkətinin rəhbəri Quvat Beybutova Nəsimi rayonunda 968-ci məhəllədə yerləşən fərdi yaşayış evlərinin sökülməsi və həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alınacağını vəd ediblər.

Plana əsasən, bu məsələ Seymur Məhərrəmovun guya yüksək vəzifədə çalışan tanışı vasitəsilə həll ediləcəkmiş. Bunun qarşılığında zərərçəkmiş şəxsdən müxtəlif vaxtlarda ümumilikdə 4 milyon 19 min manat pul alınıb.

Son xəbərlər