Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

4 milyona görə həbs edilən dəstə başçısı da - Ev dustaqlığına buraxıldı (FOTO)

09.02.2026 17:59 1 305
4 milyona görə həbs edilən dəstə başçısı da - Ev dustaqlığına buraxıldı (FOTO)
İş adamı Quvat Beybutovun 4 milyon manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərindən daha biri həbsdən azad edilib.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə belə qərar qəbul olunub.

Bu cinayət işi üzrə 5 nəfər - Seymur Məhərrəmov, Cavid Hüseynli, Rüstəm Qafarov, Zaur Qurbanov və Ceyhun Əşrəfov ittiham olunur. Onlardan Ceyhun və Cavid azadlıqda idi.

Bu dəfə isə cinayətin törədilməsində əsas fiqur hesab edilən Seymur Məhərrəmovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verilib.

Prokuror vəsatətə etiraz etsə də, zərərçəkmiş Quvat Beybutov Seymur Məhərrəmovun dəymiş ziyanın müəyyən hissəsini ödədiyini bildirərək onun azad edilməsinə etiraz etməyib. Hakim Zaur Hacıyev vəsatəti təmin edib. S.Məhərrəmov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Hazırda Rüstəm Qafarov və Zaur Qurbanov həbsdə qalır. Digərlərindən fərqli olaraq onlar özlərini, ümumiyyətlə, təqsirli bilmirlər.

Proses təqsirləndirilən şəxslərin ifadələri ilə davam edib.

Qeyd edək ki, Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) avtomobil parkında sürücü işləmiş Seymur Məhərrəmov digər təqsirləndirilən şəxslərlə əlbir olaraq dələduzluq planı qurmaqda ittiham olunur. İttihama görə, qrup üzvləri tikinti şirkətinin rəhbəri Quvat Beybutova Nəsimi rayonunda 968-ci məhəllədə yerləşən fərdi yaşayış evlərinin sökülməsi və həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alınacağını vəd ediblər.

Plana əsasən, bu məsələ Seymur Məhərrəmovun guya yüksək vəzifədə çalışan tanışı vasitəsilə həll ediləcəkmiş. Bunun qarşılığında zərərçəkmiş şəxsdən müxtəlif vaxtlarda ümumilikdə 4 milyon 19 min manat pul alınıb.

İş üzrə təqsirləndirilən şəxslərdən Ceyhun Əşrəfov tanınmış idmançı və keçmiş idman federasiyası prezidentidir.

Fotoda: Quvat Beybutov

Son xəbərlər