Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

4 milyonluq dələduzluq işi: Daha bir nəfər azadlığa çıxdı

18.12.2025 15:48 465
4 milyonluq dələduzluq işi: Daha bir nəfər azadlığa çıxdı
Azərbaycanda iş adamının milyonlarla pulunu ələ keçirməkdə ittiham olunan Ceyhun Əşrəfov, Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
 
Median.Az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
 
Daha sonra Seymur Məhərrəmovun vəkilləri - Şaiq Mirzəyev və Orxan Bünyatov vəsatətlə çıxış edib.
 
Bildirilib ki, bu işdə Məhərrəmova 200 min manat verilib və daha sonra həmin məbləğ Zaur Qurbanova qaytarılıb.
 
Vəkillər bildiriblər ki, müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərsə, o, ziyanın ödənilməsinə aktiv köməklik göstərə bilər.
 
"Seymur Məhərrəmovun 20 il qüsursuz xidmətləri olub. Həm pandemiya, həm də 2-ci Qarabağ müharibəsində xidmət edib. Heç vaxt qanun pozuntusuna yol verməyib. Xidməti dövründə təşəkkür və medallar alıb. Himayəsində iki azyaşlı uşağı, xəstə valideynləri var. Buna görə də qətimkan tədbirinin dəyişdirilməsi barədə məsələyə baxan zaman bu halların nəzərə alınmasını xahiş edirik. Çünki o, ev dustaqlığına buraxılsa, ziyanın ödənilməsinə təşəbbüs göstərəcək. Onun şahidlərə təzyiq göstərmək kimi bir niyyəti yoxdur", - deyə Şaiq Mirzəyev bildirib.
 
Daha sonra Zaur Qurbanovun vəkili İlhamə Həsənova da müvəkkili barədə həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi barədə vəsatət verib.
 
Digər təqsirləndirilən Rüstəm Qafarovun vəkili Esmira Hüseynova bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs özünü qismən təqsirli bilir. Onun sözlərinə görə, müvəkkilinin üç mülkü var, həmin mülkləri ziyanın əvəzi olaraq zərərçəkmiş Quvat Beybutova vermək istəyir. Vəkil də müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyib.
 
Təqsirləndirilən Cavid Hüseynlinin vəkili Radil Xəlilov da müvəkkilinin ev dustaqlığına buraxılması barədə vəsatət verib. Bildirib ki, Cavid Hüseynli dəymiş ziyandan 927 min manat ödəniş edib. Bu halların nəzərə alınmasını və onun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.
 
Zərərçəkmiş şəxs yalnız Cavid Hüseynlinin barəsində seçilmiş həbs qərarının dəyişdirilməsinə razı olduğunu deyib.
 
Dövlət ittihamçısı Elvin Mirzəyev vəsatətlərə münasibət bildirib.
 
Deyib ki, təqsirləndirilən Cavid Hüseynlinin dəymiş ümumi ziyandan 927 mina manat ödəməsi iş materiallarında mövcuddur: "O, əvvələr Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə mühakimə edilib və məhkum olunub. Buna görə də yaxşı bilir ki, ziyanın ödənilməsi əmələ hüquqi qiymət verilməsində nəzərə alınır. Burada vəkillər ziyanın ödənilməsi məsələsini qaldırdılar, bu halların nəzərə alınmasını istəyirlər. Bildirmək istəyirəm ki, iş üzrə ümumi ziyan 4 milyon 19 min manatdır. Bundan da 1 milyon 442 min manat ziyan ödənilib. Bu da ziyanın yarısından da az edir. Təqsirləndirilən şəxslərin iş yeri və gəlirləri yoxdur. Yerdə qalan 2 milyon 500 min manatı ödəyəcəkləri barədə deyilənlər bir o qədər də inandırıcı görünmür. Buna görə də təqsirləndirilən şəxslərin barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün heç bir əsas görmürəm".
 
Dövlət ittihamçısı həmçinin cinayət işinin məhkəmə baxışına verilməsini, işin araşdırılmasını təklif edib. Təqsirləndirilən şəxslər və onların vəkilləri də işin məhkəmə baxışına verilməsinə etiraz etməyiblər. Daha sonra hakimlər heyəti müşavirə keçiriblər və hazırlıq iclasının qərarını açıqlayıblar.
 
Təqsirləndirilən şəxslərdən Cavid Hüseynlinin vəkilinin vəsatəti təmin olunub.
 
Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub. O, dərhal məhkəmə iclas zalından azadlığa buraxılıb.
 
Seymur Məhərrəmov, Zaur Qurbanov və Rüstəm Qafarovun vəkillərin qaldırdığı vəsatətlər ayrı-ayrılıqda təmin olunmayıb.
 
Məhkəmə baxışı dekabrın 25-ə təyin olunub.
 
Qeyd edək ki, dəstə üzvləri iş adamı Quvat Beybutovun 4 milyon manatdan çox pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunurlar. İttihama görə, 2022-ci ilə kimi Sindo-ryu və Pençak Silat Federasiyasının prezidenti olmuş Ceyhun Əşrəfov və tanışları - Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun birgə dələduzluq əməli barəsində Baş Prokurorluğa əsaslı materiallar daxil olub. Şikayətlə bağlı aparılan araşdırma nəticəsində məlum olub ki, Ceyhun Əşrəfov tanışları ilə birlikdə Quvat Beybutova yalan vəd verib.
 
Belə ki, onlar iş adamını Nəsimi rayonunda yerləşən 968-ci məhəllədəki fərdi yaşayış evlərinin sökülməsi və əvəzində çoxmərtəbəli binanın tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazənin alınacağına inandırıblar. Məsələnin həll edilməsi üçün isə dəstə üzvləri Q.Beybutovdan hissə-hissə olmaqla ümumilikdə 4 milyon 19 min manat alıblar. Lakin onlar verdikləri vədə əməl etməyib, nəticədə xüsusilə külli miqdarda dələduzluq cinayəti törətmiş olublar.
 
Prokurorluq zərərçəkmişə vurulmuş ziyanın 1 milyon 442 min manatını ödətdirib.
 
C.Əşrəfov 500 min manat ödəniş edib və onun barəsində məhkəmə qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. İstintaq dövründə digərləri - Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun barəsində isə həbs qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, zərərçəkmiş iş adamı Quvat Beybutov bir neçə il əvvəl deputatlığa namizəd olub. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
 
Xatırladaq ki, təqsirləndirilən şəxslərdən biri Seymur Məhərrəmov hərbi qulluqçudur. O, əvvəllər Prezidentin Təhlükəsizlik Xidmətində işləyib və hazırda təqaüdə olan hərbi qulluqçudur.

Son xəbərlər