Mojo.az Banner
13:58 Televizor sönülü olsa da qırmızı işıq yanıb-sönür: bu, hansı nasazlığın əlamətidir?  |     13:50 Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada təsdiqlənib  |     13:46 Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı, İranı ittiham etdi  |     13:41 Laos prezidenti: "Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"  |     13:33 Bakıda məktəblilərə xəsarət yetirildi: Saxlanılanlar var - Video  |     13:31 Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir  |     13:31 Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir  |     13:28 Restoranda pul alarkən tutulmuşdu - Hökm oxundu  |     13:25 Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı  |     13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?  |     13:15 “Roşka”ya da hökm oxundu - 16 ay həbsdə qalacaq  |     13:14 Bakıda 51 yaşlı qadın bıçaqlandı: Oğlu tutuldu (Yenilənib)  |     13:11 Azərbaycan neftinin qiyməti 131 dolları keçdi  |     13:06 Panamada daha bir güclü zəlzələ: Prezident xalqa müraciət etdi  |     13:03 Qusarda qonşusunu telefonla çəkən qadın döyüldü  |     12:44 Rusiyaya qaçmaq istəyən azərbaycanlı həbs edildi  |     12:34 Bakı Metropoliteninə yüzmilyonlarla dollar kredit ayrıldı  |     12:08 Məktəbdə şüşələri sındıran və müəllimlərə hücum edənləri hansı cəza gözləyir?  |     11:55 Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb - Siyahı  |     11:47 “Bu vəziyyətdən radikal qüvvələr də istifadə edə bilər”  |    
Mojo.az Avto
Mojo.az Avto

Polkovnik Seymur Qurbanov dələduzluqda İTTİHAM OLUNUR

30.01.2025 19:42 1 776
Polkovnik Seymur Qurbanov dələduzluqda İTTİHAM OLUNUR
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Median.Az
APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək çağırışçılara hərbi möhlətin verilməsi, hərbi xidmət yerinin təyin edilməsi, habelə SHXÇDX və Müdafiə Nazirliyi Hərbi Polis İdarəsində xidmətə qəbulla bağlı vədlər verərək dələduzluq edib.

O, 2021-ci il iyul ayında hərbi möhlətin verilməsi üçün 4800 manat, 2022-ci il may ayında möhlət hüququn verilməsi müqabilində 4000 manat, 2023-cü il may ayında möhlət hüququn verilməsi müqabilində 4500 manat pul alıb.

Həmçinin təqsirləndirilən şəxs təhsillə əlaqədar 1 illik hərbi xidmətdən möhlətin verilməsi üçün 4000 manat məbləğində pul alıb.

Bununla yanaşı, o, hərbi çağırışçının Daxili Qoşunlarda xidmət keçməsini təmin edəcəyi vədi verərək 5000 manat pul alıb.

Bundan başqa, təqsirləndirilən şəxs 2023-cü il sentyabr ayında bir nəfərin SHXÇDX-də hərbi qulluqçu kimi qəbul edilməsinə kömək edəcəyi vədini verərək 13 min manat, digər şəxsdən isə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində xidmətə düzəldəcəyi vədi verərək 14 min manat almaqda ittiham olunur.

Daha sonra zərərçəkənlər ifadə verib.

Zərərçəkən H.Əmrəliyev ona dəymiş ziyanın ödənildiyini bildirib və şikayətçi olmadığını qeyd edib.

İş üzrə digər zərərçəkən M.Muradov ona dəyən maddi zərərin ödənilmədiyini və şikayətçi olduğunu bildirib.

Təqsirləndirilən şəxs zərərçəkənlərin çıxışına münasibət bildirərək qeyd edib ki, hərbi xidmətə möhlət hüququ vermək onun səlahiyyətində deyil: "Çağırışçılara xəstəliklə əlaqəli hərbi xidmətdən möhləti xəstəxana verir. Bu, mənim səlahiyyətimdə deyil. Zərərçəkənə dəymiş ziyan ödəniləcək. Xidmətdə qulluğa qəbula gəldikdə isə rəhbərlik dəyişildi və o iş qaldı. Həmin şəxsə də ziyan ödənilib".

Məhkəmə fevralın 27-də davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi, polkovnik Qurbanov Seymur Pənah oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3. (Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4. (Xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilib.

Onun barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner