Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qohumunun evindən 19 min 590 manatlıq qızıl oğurladı

13.07.2026 21:22 360
Qohumunun evindən 19 min 590 manatlıq qızıl oğurladı
Bakı şəhərinin Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evindən külli miqdarda qızıl-zinət əşyaları oğurlayan şəxs məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.

Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs 2026-cı ilin iyun ayında axşam saatlarında Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evinə hamam otağının kiçik nəfəsliyinin pəncərəsini sındıraraq qanunsuz daxil olub. O, evdən ümumi dəyəri 19 min 590 manat olan müxtəlif qızıl-zinət əşyalarını gizli şəkildə talayaraq hadisə yerindən uzaqlaşıb.

Oğurlanan əşyalar arasında müxtəlif çəkidə boyunbağılar, bilərziklər və bir neçə qızıl üzük olub. Nəticədə zərərçəkmişə xeyli miqdarda maddi ziyan dəyib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü təqsirli bildiyini deyərək oğurladığı qızılları Bakının Əcəmi və Nərimanov ərazilərində yerləşən üç müxtəlif yerdə ümumilikdə 7 min 300 manata satdığını etiraf edib. O, saxlanıldıqdan sonra zərərçəkmişə 2 min 500 manat ödənildiyini, sonradan əlavə 11 min manatın da ödənilməsinin təklif olunduğunu, lakin zərərçəkmişin bunu qəbul etmədiyini bildirib.

Zərərçəkmiş isə ifadəsində hadisə zamanı ailəsi ilə birlikdə rayonda olduğunu, evə qayıtdıqda hamam otağının nəfəsliyinin sındırıldığını, otaqların dağıdıldığını və qızıl-zinət əşyalarının oğurlandığını gördüyünü deyib. O, təqsirləndirilən şəxsin yaxın qohumu olduğunu vurğulayaraq, buna baxmayaraq onu bağışlamadığını və cəzalandırılmasını istədiyini bildirib.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) maddələri ilə təqsirli bilərək ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Son xəbərlər