Mojo.az — elanlar
RU
Son Xəbərlər
20:18 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal  |     20:12 İnfantino Bakıda keçirilən dünya çempionatının əhəmiyyətindən danışdı  |     19:56 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat  |     19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

128 min manatlıq dələduzluq edən şəxsə HÖKM OXUNDU

25.11.2025 12:53 561
128 min manatlıq dələduzluq edən şəxsə HÖKM OXUNDU
Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Murad Fərəcovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Murad Fərəcov 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, Murad Fərəcov 2024-cü ilin iyun ayının sonunda Bərdə şəhərində yaşayan tanışı, zərərçəkmiş Xuraman Bəşirova (soyadı şərtidir) ilə görüşərək, sonuncunun uzun müddətdir qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmasını və külli miqdarda qızıl-zinət əşyalarına sahib olduğunu bildiyindən, özünü çox sayda qızıl alıcısı olan müştərilərə sahib şəxs kimi təqdim edib.

Təqsirləndirilən şəxs zərərçəkmişə həmin qızıl-zinət əşyalarını guya müştərilərinə nisyə satacağı, əşyaların dəyərindən ən azı 5% artıq qiymətə satılaraq əldə olunacaq gəlirin yarı bölünəcəyi, həm gəlirin, həm də əşyaların dəyəri məbləğində pulun qısa müddətdə geri qaytarılacağı barədə həqiqətə uyğun olmayan məlumatlar verərək onun etibarını qazanıb.

Əslində isə o, Xuramana məxsus külli miqdarda əmlakı ələ keçirmək məqsədilə, həmin etibardan sui-istifadə edərək 2024-cü il iyunun 30-dan başlayaraq noyabrın 5-dək olan dövrdə müxtəlif tarixlərdə zərərçəkmiş şəxsdən çox sayda və yüksəkdəyərli qızıl-zinət əşyası qəbul edib, onları dəyərindən aşağı qiymətə satıb, bir qismini girov qoyaraq pul əldə edib və həmin vəsaiti şəxsi ehtiyaclarına xərcləyib. Bu müddətdə Murad zərərçəkmişdən ümumilikdə 128 544 manat məbləğində qızılları dələduzluq yolu ilə ələ keçirib.

Son xəbərlər