Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Makron Fransa ordusunu müharibələrə hazırlaşmağa çağırdı

13.07.2026 21:54 342
Makron Fransa ordusunu müharibələrə hazırlaşmağa çağırdı
Fransa Prezidenti Emmanuel Makron ölkənin Silahlı Qüvvələrinə müraciəti zamanı hərbçiləri gələcəyin münaqişələrinə hazırlaşmağa və hazırkı münaqişələrdə qələbəni təmin etməyə çağırıb.

Bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.

"Biz gələcəyin müharibələrinə hazırlaşmalıyıq. Lakin həmin müharibələri aparmaq qabiliyyətimiz bu gün nə dərəcədə etibarlı olmağımızdan asılı olacaq. Məhz bugünkü müharibələrdə qalib gəlməliyik. Gücümüz Ukrayna cəbhəsində mövqelərimizi qoruyub saxlamağımızda, tərəfdaşlarımızın bizi gözlədiyi Yaxın və Orta Şərqdə onların yanında olmağımızda, eləcə də Afrikada özümüzü nəzərdə tutduğumuz tərəfdaş kimi qalmaq bacarığımızdadır. Hind-Sakit okean regionunda mövqelərimizi qoruyub saxlamaq qabiliyyətimiz 2030-cu ilin çağırışlarının öhdəsindən gəlib-gəlməyəcəyimizi müəyyən edəcək", - deyə Makron bildirib.

O əlavə edib ki, yaxın vaxtlarda qarşıdakı 10 il üçün milli müdafiə ilə bağlı proqramını təqdim edəcək.

Fransa prezidenti çıxışı zamanı Paris və Londonun təşəbbüsü ilə Rusiyaya qarşı münaqişədə Kiyevə dəstək məqsədilə yaradılmış "Könüllülər koalisiyası"na da xüsusi diqqət ayırıb və bu birliyi avropalıların talelərini öz əllərinə almaq qabiliyyətinin təcəssümü adlandırıb.

Makron bildirib ki, Avropa dövlətlərin suveren qərarlarına söykənərək öz müdafiəsinə görə məsuliyyəti üzərinə götürən bir gücə çevrilir.

Son xəbərlər