Mojo.az Banner
17:58 Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronun Ermənistandan quru sərhədini keçib Türkiyəyə getməsinə icazə vermədi  |     17:20 Azərbaycanda "Yol hərəkəti haqqında" qanun dəyişdi  |     17:12 Baş nazir bəzi həkimlərin maaşı ilə bağlı QƏRAR İMZALADI  |     17:12 Paşinyan Moskvaya dəvət olundu  |     17:05 Bakıdakı uşaq bağçasında işəqəbul maxinasiyası: Şikayətçilər necə aldadıldıqlarını açıqladılar  |     17:00 Azərbaycanda vətəndaşlar maaş bankını sərbəst seçə biləcəklər  |     16:51 Bolşeviklərin adları küçələrdən götürülsün - Deputatdan TƏKLİF  |     16:48 Dostunun məhkəməsinə gedən şəxs HƏBS EDİLDİ  |     16:36 Bakının mərkəzi prospektində "Qırat" Koroğlunu "axtarır" - Video  |     16:33 Mərkəzi Bank AÇIQLADI: Nəqliyyatda kartlardan vəsait niyə sonradan tutulur?  |     16:30 Taleh Kazımovdan Ramiz Mehdiyevin ailə bankı ilə bağlı AÇIQLAMA  |     16:20 33 il əvvəl Bakıda adam öldürən şəxs Almaniyadan ekstradisiya edilir  |     16:14 Qəbiristanlıqda tapılan körpənin taleyi ilə bağlı RƏSMİ AÇIQLAMA  |     16:12 Ali Məhkəmə ölkəmizin əleyhinə casusluq edənlərlə bağlı qərar verdi  |     15:53 Azərbaycan Pakistana humanitar yardım göstərib  |     15:49 Mingəçevirdə dava: 60 yaşlı kişinin BAŞI KƏRPİCLƏ YARILDI  |     15:48 Azərbaycanın yeni KAMİKADZE DRONLARI - FOTO  |     15:42 Tehranda ticarət mərkəzindəki yanğında 11 nəfər ölüb  |     15:40 Sumqayıtda oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ata ilə bağlı QƏRAR  |     15:39 Azərbaycanda müşahidə olunan temperatur anomaliyası AÇIQLANDI  |    
Left Banner
Right Banner

İran Kanadanın milyard dollarlıq istəyini rədd etdi

11.02.2020 20:02 2 001
İran Kanadanın milyard dollarlıq istəyini rədd etdi
Tehran yaxınlığında vurulan Ukrayna təyyarəsinə görə Kanadanın bir milyard dollarlıq iddiasının heç bir əsası yoxdur.

RİA Novosti xəbər verir ki, bu barədə İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib.

O əlavə edib ki, İran beynəlxalq qaydalar əsasında lazımi tədbirləri görür.

Daha əvvəl məlum olmuşdu ki, Kanadada hüquqşünaslar Tehranda vurulan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə ilə bağlı İran hökumətindən 1.5 milyard Kanada dolları (təxminən, 1.95 milyard AZN) ödəməyi tələb edib.

Əsas iddiaçının adı açıqlanmayıb. Hüquqşünasların sözlərinə görə, onun ailəsi İrandadır və hökumət tərəfindən təqib oluna bilər. Məhkəmədə cavabdeh tərəflər İran hökuməti, İranın Ali dini lideri Ayətullah Əli Xameneyi, habelə İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandirləridir.

Xatırladaq ki, yanvarın 8-də MAU aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi Tehran yaxınlığında vurulub. Hadisə vaxtı 176 nəfər həlak olub. Onlardan 63-ü Kanada vətəndaşı olub. İran tərəfi təyyarəni səhvən vurduğunu etiraf edib.скачать dle 11.3
Mojo.az Banner