Mojo.az Banner
23:00 İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?  |     22:52 Növbəti 4 günə diqqət! – XƏBƏRDARLIQ EDİLDİ  |     22:43 Ucarda 16 yaşlı gəncin suda boğulmasının təfərrüatları - FOTO  |     22:38 Dünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür  |     22:29 Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI  |     22:24 Fransada meşə yanğınları ilə əlaqədar həbslər olub  |     22:18 Çində təxliyə edilən insanların sayı 1 milyonu keçdi - YENİLƏNİB  |     22:11 İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?  |     22:05 "Barselona"dan 100 milyonluq transfer əməliyyatı  |     21:56 Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar  |     21:50 Qobustanda ağır QƏZA: Ölən var  |     21:41 Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi  |     21:36 Əmrah Bulud "Karvan-Yevlax"dan getdi  |     21:30 Rusiya Sumını vurdu - Ölənlər var  |     21:24 "Coca-Cola" ilk dəfə tərkibində kokain olan dərman kimi yaradılıbmış  |     21:19 Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir  |     21:12 Bakı bulvarında batmaqda olan şəxs xilas edilib - VİDEO  |     21:07 Türkiyədə qeysəriyyə əməliyyatlarına görə 100-ə yaxın həkim cəzalandırıldı  |     20:40 Orqanizmdə dəmir çatışmazlığını necə bilmək olar? - 5 əlamət  |     20:35 Okeanın dibində 73 gizli vulkan tapıldı - Bəziləri yenidən aktivləşə bilər  |    
Left Banner
Right Banner

Azərbaycan-İran sərhədində silahlı insident: Sərhəd pozucusu öldürüldü - FOTO

04.11.2019 13:03 5 204
Azərbaycan-İran sərhədində silahlı insident: Sərhəd pozucusu öldürüldü - FOTO
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sər­həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, noyabrın 3-də saat 04:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin döv­lət sərhədini pozaraq mühəndis çəpərinə yaxınlaşması mü­şa­hidə olunub.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xid­məti əra­zi tam qapadıl­ıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. La­kin sərhəd pozu­cu­su əmrə tabe olmayıb, üzərindəki çantanı ataraq İİR istiqamətində qaçmağa cəhd göstər­ib.

“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucusuna qarşı silah tətbiq olun­muş və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerin­də və­fat edib. Zərərsizləşdirilmiş sərhəd pozucusuna və əraziyə baxış za­manı 1 ədəd qara çantada ümumi çəkisi təxminən 12 kq 340 qram olan müxtəlif növ nar­­­kotik vasitələr, 1 ədəd “Pietro Beretta” markalı tapança, 1 ədəd daraq, 8 ədəd patron aş­kar olun­ub.

Hadisə yerinin bilavasitə yaxınlığında sərhəd pozucusunu qarşı­layan göy rəngli “Niva” markalı 99-FC-999 dövlət nömrə nişanlı avto­mobildə Biləsuvar rayonunun sakini 1991-ci il təvəllüdlü Həsənov Elgün Həsənxan oğlu və Mingəçevir rayonunun sakini 1995-ci il təvəllüdlü Nəsirzadə Orxan Məhəmməd oğlu şübhəli şəxs qismində saxlanıl­ıblar.

Araşdırma nəticəsində zərərsizləşdirilmiş sərhəd pozucusunun Cəlilabad rayonunun sakini 1994-cü il təvəllüdlü Əmirov Tural Əliəşrəf oğlu olması və oktyabr ayının 31-də “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikasına getməsi müəyyən edilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Lən­kəran Hərbi Prokurorluğunun əmək­daşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir.

Dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.





скачать dle 11.3
Mojo.az Banner