Azərbaycanda un BAHALAŞDI - SON QİYMƏTLƏR (FOTO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:17 Ramananın bəzi ərazilərində işıq olmayacaq  |     16:11 Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən sabiq vəzifəlisinin məhkəməsi keçirilib  |     16:09 Azərbaycanın konstitusion quruluşuna qarşı cinayətlərin təşkilində ittiham olunan şəxsə hökm oxunub  |     15:59 Bu şəxslərə Qarabağa getmək üçün icazə avtomatik veriləcək  |     15:58 İcra başçısı bir məmuru işdən çıxardı, üçünün vəzifəsini dəyişdi  |     15:57 Onlayn mərc və qumar oyunları təşkil edən mütəşəkkil dəstələr ifşa edildilər - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (Video)  |     15:56 Bakıda imkanlı xanımlarla tanış olub 170 min manata yaxın məbləği ələ keçirən şəxsə AĞIR CƏZA  |     15:16 Ukrayna Rusiyanın Azərbaycan qazının da nəql olunduğu infrastruktura hücum etdiyini təsdiqləyib - Video (Yenilənib)  |     15:13 Həyət evi olanların diqqətinə - Bu ərazilərdə kompensasiyasız söküntü başlayır  |     15:12 DİN-dən ƏMƏLİYYAT - Qaçaqmalçlıq yolu ilə ölkəyə gətirilən 30 kiloqram narkotik aşkarlandı - Video  |     15:09 İş başında infarkt keçirən polkovnik VƏFAT ETDİ - FOTO  |     13:19 "Crocus" terrorçularının GİZLİ ADLARI açıqlandı  |     13:10 Hərbi Prokurorluqda yeni təyinat olub - FOTO  |     12:51 Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədrinin ƏMLAKININ SİYAHISI  |     12:14 Kamçatkada növbəti zəlzələ olub  |     12:07 Naxçıvanın təhsil nazirinin müavini vəzifəsindən AZAD EDİLDİ  |     11:57 Professor Aida Tağızadə VƏFAT EDİB  |     11:39 Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb, 4 hərbçi xəsarət alıb  |     23:02 KİV: Tramp Rusiyanın kölgə donanmasına qarşı sanksiyalar hazırlayır  |     22:56 Bu ölkədə metroda telefonu söndürmək QADAĞANDIR  |    

Azərbaycanda un BAHALAŞDI - SON QİYMƏTLƏR (FOTO)

Azərbaycanda unun son topdansatış qiyməti məlum olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 30-dan etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26.50 - 28.20 manat arasında dəyişir. Daha əvvəl bu rəqəm 26 - 28.20 manat təşkil edirdi.

Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC (26 manat 50 qəpik), ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-dir (28 manat 20 qəpik).

"Dəvəçi-Taxıl" MMC tərəfindən istehsal olunan unun topdan satış qiymətləri əvvəlki göstəriciləri ilə müqayisədə 50 qəpik bahalaşıb.

Bu ilin fevralın 10-dan etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağıdakı kimi müəyyənləşib:

"ATS MİLL" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.20 manat (10 qəpik baha);

"Anadoluqida" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.40 manat (25 qəpik baha);

"AVETA" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 manat (15 qəpik baha);

"KARAT HOLDİNQ" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 - 27.4 manat (15 qəpik baha);

"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26.8 manat (20 qəpik baha);

"Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.6 manat (25 qəpik baha);

"NEON" Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.85 manat (25 qəpik baha);

"Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28.10 manat (40 qəpik baha);

"Qarabağ un" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26.90 manat (10 qəpik baha);

"Hazartürk LTD" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27 manat;

"Sünbül 2012" MMC, "Avrora" MMC və "Taxıl AQRO" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 manat (30 qəpik baha);

"SKY AGRO" MMC və "Bakı Taxıl Terminalı" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.1 manat (5 qəpik baha);

"Səma" fərdi firması, "PAK-NUR" FİRMASI, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "Karmen", "Orxan UN", "Xırman", "Dəniz un sənayesi LTD" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 manat (25 qəpik baha).




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 902 11.02.25 12:01