Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:26 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib - Foto | 13:24 Bayram günlərində metroda hərəkətin qrafiki dəyişdiriləcək | 13:11 Sabah Bakıda intensiv yağış yağacaq - 08.11.2026 | 23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

"EuroHome" bazarının 60 min manata yaxın vergi borcu var

05.08.2025 22:49 849
"EuroHome" tikinti materialları bazarının 60 min manata yaxın vergi borcu yaranıb.

"Eurohome" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 55281.36 AZN vergi borcu var.

Bir neçə ay əvvəl şirkətin direktoru Ağayev Ramiz Ağahüseyn oğlu qanuni təmsilçilikdən gedib və onu İbrahimov Niyazi Kamal oğlu əvəzləyib.
Uzun illər "EuroHome"un direktoru Samir Məmmədov olub. O, ötən ilin fevral ayında şirkətin qanuni təmsilçiliyindən getdikdən sonra yerini Ramiz Ağayev tutub.

Qeyd edək ki, "EuroHome" ticarət mərkəzi 2012-ci ildə nəhəng inşaat materialları bazarı kimi hektarlarla ərazidə tikilib. 2019 və 2020-ci illərdə bazarda iki böyük yanğın baş verib. Həmin vaxt bazardakı sahibkarlara ciddi ziyan dəyib. Bu günədək bəzi sahibkarlar bazar rəhbərliyindən onlara dəyən zərərlə bağlı sığorta pullarını ala bilməyiblər.

Xatırladaq ki, "EuroHome" tikinti materialları bazarının sahibi biznesmen Azay Möhnətovdur. İş adamı həmçinin, "AF Holdinq" Şirkətlər Qrupunun və "Uğur-97" şirkətinin prezidentidir.

//Qaynarinfo

Son xəbərlər