Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bu şəxslərə Qarabağa getmək üçün icazə avtomatik veriləcək

06.08.2025 15:59 597
Bu şəxslərə Qarabağa getmək üçün icazə avtomatik veriləcək
"Biletim.az” portalından bilet əldə edən vətəndaşlarımıza işğaldan azad edilmiş ərazilərə səfər üçün icazə avtomatik verilir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, avqustun 6-dan etibarən Azərbaycan vətəndaşları "biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur:

"Bu funksionallığın təmin edilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyinin idarələrarası informasiya sistemləri arasında yaradılmış inteqrasiya nəticəsində mümkün olub.

"Biletim.az” portalı üzərindən işğaldan azad edilmiş ərazilərə bilet alınarkən təqdim olunan icazənin müddəti 5 gün təşkil edir.

Bu dəyişikliklər vətəndaşlar üçün prosedurların sadələşdirilməsi və səfərlərinin daha rahat keçməsi məqsədilə tətbiq olunur”.

Son xəbərlər