Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

Bərdə-Xankəndi istiqaməti üzrə avtobus reyslərinin sayı artırılır

08.08.2025 17:13 579
Bərdə-Xankəndi istiqaməti üzrə avtobus reyslərinin sayı artırılır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ötən ilin sentyabr ayında "Böyük Qayıdış" proqramı çərçivəsində istifadəyə verdiyi Bərdə-Xankəndi müntəzəm avtobus reyslərinin sayını artırır.

Median.Az
bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, avqustun 11-dən Bərdə-Xankəndi istiqaməti üzrə daha 3 reys fəaliyyətə başlayacaq. Bununla da bu istiqamətdə gün ərzində 6 reysin həyata keçirilməsi nəzərdə tutulub. Sözügedən reyslər üzrə aralıq məntəqə olaraq Xocalı şəhəri təyin edilib.

İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə yeni reyslər üzrə avtobuslar Xankəndidən Bərdəyə saat 07:00, 11:30 və 16:30-da yola düşəcək.

Hazırda gün ərzində 3 dəfə həyata keçirilən reys üzrə avtobuslar Bərdə şəhər avtovağzalından saat 07:00, 11:30 və 16:30-da, Xankəndi şəhərindən isə saat 09:00, 14:30 və 18:30-da yola düşür.

Biletləri yalnız onlayn qaydada "biletim.az" portalı üzərindən əldə etmək mümkündür. Xatırladaq ki, Azərbaycan vətəndaşları "biletim.az" portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.скачать dle 11.3
Mojo.az Banner