Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Ukrayna Rusiyanın Azərbaycan qazının da nəql olunduğu infrastruktura hücum etdiyini təsdiqləyib - Video (Yenilənib)

06.08.2025 15:16 1 326
Ukrayna Rusiyanın Azərbaycan qazının da nəql olunduğu infrastruktura hücum etdiyini təsdiqləyib - Video (Yenilənib)
Ukrayna ötən gecə Rusiya tərəfindən ölkənin qaz təminatı infrastrukturuna hücum edildiyini təsdiqləyib.

Bununla bağlı məlumat Ukrayna Energetika Nazirliyinin saytında dərc edilib.

Qeyd olunur ki, Rusiya tərəfi Odessa regionundakı qaz nəqlinin həyata keçirildiyi stansiyaya məqsədyönlü şəkildə hücum edib.

"Bu, Rusiyanın enerji sektoruna və eyni zamanda, Azərbaycan, ABŞ və Avropadakı tərəfdaşlarımızla münasibətlərə, ukraynalıların və bütün avropalıların normal həyatına qarşı endirdiyi zərbədir", - Ukrayna Energetika Nazirliyi vurğulayıb.

Energetika Nazirliyinin məlumatına görə, mütəxəssislər hücumun nəticələrini müəyyən etmək üçün hadisə yerində işləyirlər.

* * * * * *

Avqustun 6-na keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın dörd vilayətində olan hərbi obyektlərə zərbələr endirib.

Median.Az
News.ru-ya istinadən xəbər verir ki, Rusiya ordusunun hücumuna Zaporojye, Odessa, Sumı və Xarkov vilayətləri məruz qalıblar.

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 45 PUA-dan və müxtəlif aldadıcı dronlardan istifadə etdiyini açıqlayıb.

Xüsusən Rusiya PUA-larının Ukrayna və Rumıniya sərhədində yerləşən qaz nəqli infrastrukturuna zərbə endirməsi rezonans doğurub.

Belə ki, gecə saatlarında "Geran" kamikadze pilotsuz təyyarələri Odessa vilayətindəki "Orlovka" qaz-kompressor stansiyasını vurub.

"Bu, Rumıniya, Bolqarıstan və Türkiyəyə nəqli nəzərdə tutulan qazın təzyiqini artıran magistral qaz kəməri infrastrukturunun bir hissəsidir. Zərbələrdən sonra stansiyanın ərazisində irimiqyaslı yanğın başlayıb", - "Mash" "Telegram" kanalı yazır.

Şahidlər "Orlovka" qazölçmə məntəqəsinə 15-dən çox zərbə endirildiyini qeyd ediblər. Zərbələrin baş verdiyi yerdəki yanğının işığı Dunay çayının Rumıniya sahilindən müşahidə edilib.

İnformasiyanı Ukraynanın "Legitimnı" "Telegram" kanalı da təsdiq edib. Məlumatda qeyd olunur ki, İzmail rayonunun (Odessa vilayəti - red.) Orlovka kəndi yaxınlığında qazpaylayıcı stansiyaya zərbələr endirilib. Bildirilir ki, təmir çox vaxt aparacaq və baha başa gələcək.

"Bu qaz qurğusu ona görə əhəmiyyətlidir ki, Yunanıstandan bizə qaz onun vasitəsilə verilirdi. Orada Rumıniyadan, Türkiyədən gələn qazın saxlanıldığı terminallar var. Moldovaya da qismən qaz buradan gedir", - deyə məlumatda qeyd olunur.

Öz növbəsində Ukraynanın yerli hakimiyyət orqanları da hücumu təsdiqləyiblər. Belə ki, Rusiya ordusunun zərbəsi nəticəsində qazötürücü xətt zədələnib, Odessa vilayətində 2.5 mindən çox abonent qazsız qalıb.

Son xəbərlər