Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Uralda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski təkadamlıq kameraya salınıb

05.08.2025 17:58 1 338
Uralda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski təkadamlıq kameraya salınıb
Rusiyanın Sverdlovsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Moskva tərəfindən qiyabi şəkildə həbs edildikdən sonra Yekaterinburqa gətirilib və istintaq təcridxanasında təkadamlıq kameraya yerləşdirilib.

Median.Az
xəbər verir ki, bu barədə Ura.ru istintaqa yaxın iki mənbəyə istinadən xəbər yayıb.

Sverdlovsk vilayətinin Cəzaçəkmə Müəssisələri üzrə Baş İdarəsinin (QUFSİN) Mətbuat Xidməti məsələ ilə bağlı rəsmi mövqe bildirməkdən imtina edib:

"Xüsusi kontingentin yerləşdiyi yer, qanunvericiliyə əsasən, açıqlanmır və şərh olunmur", - deyə idarədən bildirilib.

Xatırladaq ki, daha əvvəl Moskvanın Basmannı məhkəməsi Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı çıxarmışdı. Bu qərar onun axtarışa verilməsindən sonra qəbul olunmuşdu.

Şıxlinski bir müddət Moskvadakı Azərbaycan səfirliyinin ərazisində olub. Həmin əraziyə Rusiya hüquq-mühafizə orqanlarının girişi qadağandır. Diplomatik danışıqlardan sonra o, səfirlikdən çıxaraq könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olub və Yekaterinburqa aparılıb. Orada istintaq hərəkətlərində iştirak edib və təcridxanaya yerləşdirilib.

İlkin məlumata görə, Şahin Şıxlinski Ural azərbaycanlılarının diaspor rəhbəri kimi, 2010-cu ildə Fehruz Şirinova qarşı sui-qəsdə cəhd və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq ittihamları ilə üzləşib.

Onun vəkili açıqlamasında bildirib ki, Şıxlinski özünü təqsirli bilmir və həbs qərarından apellyasiya şikayəti verəcək. Basmannı məhkəməsi isə nə redaksiyanın zənglərinə, nə də sorğusuna cavab verib.

Sui-qəsd cəhdi 2010-cu ildə - Yunus Paşayevin qətlə yetirilməsindən bir neçə il sonra baş verib. Hadisə zamanı cinayətkarın silahı ilişdiyi üçün Fehruz Şirinov sağ qalıb. İstintaqın versiyasına görə, icraçı azərbaycanlı Elman Süleymanov olub. O, artıq təbii səbəblərdən vəfat edib. Lakin ölümündən əvvəl sifarişçinin adını açıqladığı iddia olunur.

Bundan əvvəl Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski də Yekaterinburqda həbs edilmişdi. O, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur və iki ay müddətinə həbs olunub.

İttihama səbəb iyulun 1-də "Bakı Plaza" yaxınlığında baş verən insident olub. Həmin vaxt hüquq-mühafizə orqanları Şahin Şıxlinskini həbs etmək üçün əməliyyat keçirib. Atası ilə birlikdə avtomobildə olan Mütvəli idarə etdiyi "Mercedes Gelandewagen" markalı avtomobillə geri hərəkət edərək xüsusi təyinatlı polis əməkdaşını vurub.

Son xəbərlər