Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədrinin ƏMLAKININ SİYAHISI

06.08.2025 12:51 729
Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədrinin ƏMLAKININ SİYAHISI
Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin böyük "əmlak imperiyası"na sahib olduğu məlum olub. 12 milyonluq korrupsiya ittihamı ilə həbs edilən eks-məmurun paytaxtın bahalı və prestijli ərazilərində yerləşən mülkləri üzərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatı ilə həbs qoyulub. Bu qərar dövlətə dəymiş ziyanın ödənilməsinin təminatı məqsədilə verilib.

Median.Az
xəbər verir ki, "Qafqazinfo" dəyəri 10 milyon manat qiymətləndirilən sözügedən varidatın siyahısını əldə edib.

Daşınmaz əmlaklar arasında Bakının mərkəzi küçələrində yerləşən mənzillər, böyük obyektlər və lüks bağ evləri yer alır:

- Xətai rayonunda - Ağ şəhərdə, Xudu Məmmədov və Nəcəfqulu Rəfiyev küçələrində yeddi lüks mənzil;

- Elə həmin rayonda, Ağ şəhərdə, Mərkəzi Bulvar küçəsində yerləşən, sahəsi 715.3 m² olan böyük obyekt;

- Səbail rayonunda, Üzeyir Hacıbəyov və Neftçi Qurban Abbasov küçələrində üç mənzil;

- Xəzər rayonu, Şüvəlan qəsəbəsində biri 875.6 m² sahəyə malik olmaqla iki villa tipli bağ evi;

- Pirallahı rayonunda bağ evi;

- Xəzər və Qusar rayonlarında torpaq sahələri.

Bu əmlakın hamısı artıq dövlət nəzarətindədir. Onların gələcək hüquqi taleyi Bakı Ağır Cinayətlər Məhkəməsində həll olunacaq. Son ilin ən böyük korrupsiya cinayətini hakim Leyla Əsgərova-Məmmədova araşdıracaq.скачать dle 11.3
Mojo.az Banner