Mojo.az Banner
22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |     21:10 Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı  |     21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |     20:31 Bakıda qəzalı evlərdə yaşam mübarizəsi: "Gəlirlər, ölçüb-biçib gedirlər" (VİDEO)  |     20:23 Evin rahatlığını pozan 10 məşhur dizayn səhvi  |     20:17 "Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     20:10 Afra Saraçoğlu aeroportda saxlanıldı  |     20:05 İcra başçısı müavinini işdən çıxardı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bulvar büdcəsində olan pullar necə mənimsənilib?

19.09.2024 15:59 1 821
Bulvar büdcəsində olan pullar necə mənimsənilib?
Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev bir neçə gün əvvəl korrupsiya cinayətinə görə həbs edilib. Ötən gün onun 2 milyon manatdan bir qədər artıq mənimsəmədə ittiham olunduğu barədə də məlumat yayılıb.

"Qafqazinfo"nun əldə etdiyi digər məlumata görə, sözügedən yeyinti məbləği istintaqın ilkin araşdırmasının nəticəsidir. İ.Mustafayevin qanunsuz əməlləri nəticəsində dövlətə dəymiş ziyanın həcmi daha çoxdur.

Bununla bağlı istintaq orqanı artıq yeni dəlil və sübutlar aşkar edib. Hazırda həmin materiallar tədqiq olunur. Ehtimal odur ki, ibtidai istintaqın gedişində təqsirləndirilən şəxsə yenidən ittiham elan ediləcək. Bundan sonra dövlətə dəymiş ziyanın dəqiq məbləği də aydın olacaq.

Bulvar büdcəsində olan pullar necə mənimsənilib?

Məlumata əsasən, İlqar Mustafayevin cinayət işindəki çoxsaylı epizodlardan biri bulvar ərazisində parkinqlərin quraşdırılması ilə bağlıdır. Bu epizodda dövlətin qanunla qorunan mənafeyinə xələl gətirən hərəkətlərlə külli miqdarda vəsait kənarlaşdırılıb.

Digər bir epizodda isə təmir-quraşdırma işləri adı altında mənimsənilər pullardan söhbət gedir.

Qeyd edək ki, bir müddət əvvəl Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsində yoxlama aparıb. Nəticədə qanun pozuntusu ilə müşayiət edilən xüsusilə külli miqdarda pul vəsaitinin bilinməyən yerlərə sərf edildiyi üzə çıxıb. Məhz bundan sonra Baş Prokurorluğa müraciət edilib.скачать dle 11.3
Mojo.az Banner