Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qazaxıstan Senatı Orta Dəhlizin inkişafına dair sazişləri təsdiqləyib

20.06.2024 20:28 3 414
Qazaxıstan Senatı Orta Dəhlizin inkişafına dair sazişləri təsdiqləyib
Qazaxıstan Senatı (parlamentin yuxarı palatası) Türkdilli ölkələr arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) və birləşmiş yük daşımalarının inkişafına yönəlmiş bir sıra beynəlxalq sazişləri ratifikasiya edib.

Median.Az 
bu barədə Senatın bəyanatına istinadən xəbər verir.

Bildirilib ki, deputatlar Türk Dövlətləri Təşkilatına (TDD) üzv ölkələrin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında sazişi və Qazaxıstan və Çin arasında beynəlxalq avtomobil daşımaları haqqında hökumətlərarası sazişi ratifikasiya ediblər.

Orta Dəhlizin inkişafına dair iki Qazaxıstan-Çin hökumətlərarası sazişi də ratifikasiya olunub. Eyni zamanda, sənədlərdən biri ilə iki ölkənin əraziləri üzrə konteyner qatarları ilə daşımaların artırılması və TBNM üzrə potensial illik yükdaşıma həcminin proqnozlarının hazırlanması nəzərdə tutulur. Digər saziş isə Orta Dəhliz marşrutları üzrə avtomobil, dəmir yolu və dəniz nəqliyyatından səmərəli istifadəyə yönəlib.

Xatırladaq ki, bu ilin 4 ayına olan məlumata görə, TBNM vasitəsilə yükdaşımaların həcmi ötən illə müqayisədə 14 % artaraq 1,4 milyon ton təşkil edib.

2023-cü ildə TBNM ilə yükdaşımaların həcmi 2022-ci illə müqayisədə 65 % artaraq 2,7 milyon ton (2022 - 1,7 milyon ton) təşkil edib.
//report

Son xəbərlər