Mojo.az Banner
13:32 Dünya bazarında qızıl ucuzlaşdı: Son birja rəqəmləri açıqlandı  |     13:21 Bahalaşma olacaq – Ərzaq qiymətləri ilə bağlı proqnoz  |     13:16 “Reels” izləmələk yuxunu və yaddaşı pozur – Həkim  |     12:52 Eyvanını böyütmək istəyənlərə xəbərdarlıq: İcazəsiz dəyişiklik qadağandır  |     12:39 Piyada keçidində üstünlük kimindir? – Sürücülərə ciddi xəbərdarlıq  |     12:30 Universiteti 3 ilə bitirmək mümkün olacaq?  |     12:10 Palma yağına tələbatı artırdı – Səbəb bu imiş  |     12:02 Bu qayda pozuntuları sürücülərə baha başa gəlir - Açıqlama  |     11:53 85 bal topladı, 60 manat ödədi — Niyə işsiz qaldı? — AÇIQLAMA  |     11:49 Bəzi yerlərə leysan yağır - FAKTİKİ HAVA  |     11:47 Ceyk Pol yenidən böyük rinqə qayıdır  |     11:28 DTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı  |     11:24 Bakıda ailə dramı: Kişi yeməyə görə arvadını döydü, saçını yoldu  |     23:03 Bakıda 363 min manata ev aldı - Keçmiş sahibinə görə mənzilə həbs qoyuldu (VİDEO)  |     22:58 "İmişli" "Şəfa"nı məğlub etdi  |     22:52 Gənc oğlan ona siqaret verməyən şəxsi döydü, həbs olundu  |     22:46 Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər  |     22:40 Azərbaycanda neçə din xadimi var? - RƏQƏMLƏR  |     22:33 Azərbaycanda yeni nazirlik yaradılır? – AÇIQLAMA  |     22:25 İtaliyanın məşhur adalarında meşələr yanır  |    
Left Banner
Right Banner

Tokayev türk dövlətlərini Orta Dəhliz boyunca infrastrukturun modernləşdirilməsində iştiraka dəvət edib

07.10.2025 17:16 696
Tokayev türk dövlətlərini Orta Dəhliz boyunca infrastrukturun modernləşdirilməsində iştiraka dəvət edib
"Ölkələrimiz Avrasiyanın mərkəzində - Şərqlə Qərbi, Cənubla Şimalı birləşdirən çoxsaylı marşrutların kəsişməsində yerləşir".

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.

Onun sözlərinə görə, hazırda Qazaxıstan ərazisindən beş beynəlxalq dəmiryol dəhlizi keçir.

Qazaxıstan prezidenti əlavə edib:

"Biz bu yaxınlarda Dostıq-Moyıntı dəmiryolunun ikinci xəttini işə saldıq. Bu addım Trans-Qazaxıstan Dəmir Yolu Dəhlizinin dinamik inkişafına töhfə verəcək. Yeni marşrut yükdaşımalarının həcmini beş dəfə artıracaq. Daha iki əsas dəmiryol xəttinin tikintisi davam edir. Şübhəsiz ki, bütün bu layihələr regional logistikanın inkişafına yeni təkan verəcək".

Qazaxıstan prezidenti qeyd edib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu artıq Avrasiya nəqliyyat çərçivəsinin strateji halqasına çevrilib.

O vurğulayıb:

"Son beş ildə Orta Dəhliz üzrə yükdaşımaların həcmi altı dəfə artıb. Bu yaxınlarda Almatıda TDT ölkələri nəqliyyat nazirlərinin görüşü keçirilib və bu görüş zamanı həmin marşrutla bağlı bir sıra razılaşmalar əldə olunub. Biz türk dövlətlərini hava qovşaqlarının, dəmiryol stansiyalarının infrastrukturunun modernləşdirilməsində fəal iştiraka dəvət edirik. Hazırda nəqliyyat və tranzit sektorunun rəqəmsallaşdırılması istiqamətində fəal iş aparılır. Sözsüz ki, burada süni intellekt texnologiyasının tətbiqi faydalı olacaq. Ona görə də biz Türk Dövlətləri Təşkilatı çərçivəsində aparıcı ekspertlərin cəlb olunduğu xüsusi Rəqəmsal Monitorinq Mərkəzinin yaradılmasını müzakirə etməyi təklif edirik".скачать dle 11.3
Mojo.az Banner