Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Tokayev: "Qazaxıstan, Özbəkistan və Azərbaycan yaşıl enerji xəttinin tikintisi üzrə işlərə başlayır"

04.04.2025 13:18 1 581
Tokayev:
"Qazaxıstan, Özbəkistan və Azərbaycan Xəzər dənizindən yaşıl enerji ötürmə xəttinin tikintisi üzrə genişmiqyaslı layihə üzərində işə başlayır".

Median.Az
Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bunu Prezidenti Kasım-Jomart Tokayev Səmərqənddə keçirilən "Mərkəzi Asiya-Avropa İttifaqı" sammitində çıxışı zamanı deyib.

Kasım-Jomart Tokayev bildirib ki, Qazaxıstan Avropa üçün etibarlı karbohidrogen tədarükçüsü olaraq qalır.

O vurğulayıb ki, Qazaxıstanın payına Avropa İttifaqının bütün neft idxalının təxminən 13 faizi düşür ki, onun da əsas hissəsi Xəzər Boru Kəməri Konsorsiumu (Caspian Pipeline Consortium, CPC) vasitəsilə həyata keçirilir.

"Biz bu konsorsiumun sabit və uzunmüddətli fəaliyyətinin təmin edilməsinə, xammalın daşınması üçün alternativ marşrutların işlənib hazırlanmasına yönəlmiş Avropa İttifaqının dəstəyini yüksək qiymətləndiririk. Qazaxıstan bərpa olunan enerji və ekoloji cəhətdən təmiz yanacaq sahəsində layihələr həyata keçirir. Biz külək və günəş enerjisinin gücünü artırır, həmçinin çoxillik partnyorlarımız olan "Total", "Eni", "Svevind" və digər Avropa şirkətləri ilə birlikdə "yaşıl" hidrogen istehsalı üçün layihələr hazırlayırıq. Bundan əlavə, Qazaxıstan Özbəkistan və Azərbaycanla birlikdə Avropa bazarlarına əlavə çıxış imkanı ilə Xəzər dənizindən yaşıl enerji ötürücü xəttinin tikintisi üzrə genişmiqyaslı layihə üzərində işə başlayır", - deyə Qazaxıstan prezidenti qeyd edib.скачать dle 11.3

Son xəbərlər