Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Kasım-Jomart Tokayev: “Qazaxıstan Azərbaycanın SPECA-nın inkişafına töhfəsini alqışlayır”

24.11.2023 15:35 2 130
Kasım-Jomart Tokayev: “Qazaxıstan Azərbaycanın SPECA-nın inkişafına töhfəsini alqışlayır”
“Qazaxıstan Azərbaycanın BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) inkişafına verdiyi töhfəni alqışlayır”.

“Report” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda SPECA-nın Zirvə görüşündə çıxışında deyib.

Onun sözlərinə görə, Qazaxıstan hələ 1997-ci ildə BMT-nin xüsusi proqramının təşəbbüskarı olub və sonradan bu proqram regional əməkdaşlıq üçün səmərəli platformaya çevrilib.

“Ötən il Qazaxıstanın sədrliyi ilə biz proqramın əsas istiqamətlərini gücləndirdik və praktiki icra baxımından konkret addımlar atdıq”, - o vurğulayıb.

Tokayev, həmçinin qeyd edib ki, Qazaxıstan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində əməkdaşlığı davam etdirməyə hazırdır.

Qazaxıstan lideri əlavə edib ki, ölkəsi Orta Dəhliz marşrutu üzrə yükdaşımalarda əhəmiyyətli artım gözləyir:

“Ölkələrimiz üçün ətraf mühitin mühafizəsi və transsərhəd su ehtiyatlarının idarə edilməsi üzrə tədqiqat işlərinin aparılması çox vacibdir”.

Son xəbərlər