İngiltərənin Berkşir qraflığının sakini Treysi Belinda cavan görünməsinin sirlərini açıqladı.
“Daily Mail” xəbər verir ki, 53 yaşlı Treysinin 3 uşağı və 2 nəvəsi var.
Onun sözlərinə görə, iki həftədə bir dəfə spa-salona gedir. Bundan əlavə küçəyə çıxmamışdan qabaq mütləq dərisinə gündən qoruyan maddələr çəkir – bu dərinin solmasının qarşısını alır.
Britaniyalı həmçinin həftədə 5 dəfə idman edir. Ayda bir dəfə isə qadın evində kosmetoloqu qəbul edir. Mütəxəssis ona üz, bel və baş masajını edir, streslə mübarizə aparan xüsusi ətirlərdən istifadə edir.
Bütün bunlar qadına menopozun zərərini heçə endirməyə kömək edib.