Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:34 "Taliban" əfqan qadınların işlədiyi bütün QHT-lərin bağlanacağını bəyan edib  |     19:17 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reyslərinin sayı artırılır  |     18:57 Hazırda Bakının bir sıra yollarında tıxac müşahidə olunur  |     18:47 Bu il Azərbaycanda 43.5 dərəcə isti, 22 dərəcə şaxta qeydə alınıb  |     18:28 Bakı metrosu yeni il gecəsi saat 2-yə qədər işləyəcək  |     18:12 Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularını Braziliyaya göndərib  |     17:41 Ordubadda ağır qəza: Altı nəfər xəsarət aldı  |     17:35 Bu il Azərbaycanda 110 sel, 167 dəfə dolu hadisəsi qeydə alınıb  |     17:32 İmtahan qrafiki bayramdan sonra açıqlanacaq  |     17:14 Təyyarəmizə eniş izni verməyən dispetçer dindirildi - VİDEO  |     17:02 Günəşdə iki güclü partlayış baş verib  |     16:39 Dünya əhalisi 2024-cü ildə təxminən 82 milyon nəfər artıb  |     16:31 Yeni il tətilində bölgə hotellərində rezervasiya neçə faiz dolub? - VİDEO  |     16:28 İlin son gününün havası açıqlandı - PROQNOZ  |     16:26 Bölgələrdə şəhid ailələri, müharibə əlillərinə 150 mənzil və fərdi ev verilib  |     16:05 Ötən gün ərzində pirotexniki vasitələrin satışı ilə məşğul olan 11 nəfər saxlanılıb  |     15:42 Sumqayıtda dəniz kənarından körpə meyiti tapıldı  |     14:29 Bakıda avtomobilin vurduğu şəxs xəstəxanada öldü  |     14:20 İsrail aviaşirkəti mart ayına qədər Moskvaya uçuşları dayandırıb  |     13:39 Rusiya xüsusi təyyarəsi ABŞ-a niyə uçub? - Zaxarova açıqladı  |    

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin qəbuluna düşə bilməyən şəxs səs-küy saldığı üçün saxlanılıb.

"Qaynarinfo"nun məlumatına görə, Gəncə sakini S.Hacıyev övladının bağça məsələsini həll etmək üçün Anar Qədiməliyevin qəbuluna gedib.

Lakin idarə müdiri onu qəbul etmədiyi üçün ucadan danışmağa başlayıb. İdarə tərəfindən polisə müraciət edildiyi üçün S.Hacıyev saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib.

İşə məhkəmədə baxılıb. O, təhsil idarəsinə getdiyini, müdir Anar Qədiməliyevin qəbuluna düşmək istədiyini, lakin qəbula buraxılmadığını bildirib. S.Hacıyev əsəbiləşərək səs-küy saldığını, lakin heç bir nalayiq ifadə işlətmədiyini deyib. Həmçinin qazi olduğunu, himayəsində iki yaşlı uşağının olduğunu və işləmədiyini diqqətə çatdırıb.

Məhkəmənin qərarı ilə, S.Hacıyev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 50 manat cərimə edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            222 19.09.24 17:30