Telefonunun batareyası bitən qız cərimələnib » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |     19:07 Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb  |    

Telefonunun batareyası bitən qız cərimələnib

İngiltərənin paytaxtı Londonda avtobus sərnişini gediş haqqını ödədiyini sübut edə bilmədiyi üçün cəzalandırılıb.

“The Mirror”un məlumatına görə, o, “Apple Pay” sistemindən istifadə edib, amma gözlənilməz problem yaşanıb. Bloger Jemima Kelli mobil telefonunda olan sistemlə onun batareyası bitmədən bir neçə saniyə əvvəl şəhər avtobusuna ödəniş edib. Beş dəqiqədən sonra konduktor ona yaxınlaşdıqda gənc qız ödəniş qəbzini göstərə bilməyib.

Baş verən hadisə gənc qızın yadından çıxsa da, iki ay sonra London Nəqliyyat Korporasiyasından ona məktub göndərilib. Məktubda günahını etiraf etmək və ya təkzib vermək üçün son 21 gününün qaldığı bildirilib. Kelli hesabından bilet üçün vəsait çıxılmasını təsdiqləyən bank qəbzi göndərsə də, Nəqliyyat Korporasiyasının vəkilləri bunu sübut olaraq qəbul etməyib.

Nəticədə məhkəmənin qərarı ilə ingilis qadına 476,5 funt (1000 manat) cərimə tətbiq edilib. Qızın zərəri bununla da bitməyib. Vaxtında ödənilməmiş cəriməsi olduğundan ABŞ səfirliyi ona viza verməkdən imtina edib. Nəticədə bloger əvvəlcədən ABŞ-a 1000 funta (2000 manat) aldığı təyyarə biletinə görə də əlavə itki yaşayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 091 15.10.19 22:38