DNT analizinin aparılması qaydası müəyyənləşdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Türkiyə yığması səfərdə Gürcüstan millisini məğlub etdi  |     22:55 Rusiyada Aİ-92 və dizel yanacağının birja qiymətləri artır  |     22:48 Tülin Ələkbərova restoranda qadını niyə döyüb? (TƏFƏRRÜAT)  |     22:42 Yer kürəsinə yeni qlobal istiləşmə mənbəyi təhlükə yaradır - Nə baş verir?  |     22:37 "Xanbulan" 5000 manat cərimə edildi  |     22:30 Sumqayıtda tanışı kişinin qulağını dişləyərək qopardı  |     22:24 Aytacın atasının narazılığına Baş Prokurorluqdan CAVAB  |     22:18 Məşhur yazıçı vəfat etdi  |     22:09 Makqreqor prezidentliyə namizəd oldu  |     22:01 "AZAL-ın qəzaya uğrayan təyyarəsinə görə təzminat ödənilib" - Rusiya XİN  |     21:55 Makron: "26 ölkə Ukraynaya qoşun göndərmək öhdəliyi götürüb"  |     21:49 Qonşular işgəncə verilən oğlan barədə DANIŞDILAR: "Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü"  |     21:30 Xocalıda törətdikləri qəddarlıqları etiraf etdi - MƏHKƏMƏ  |     21:25 Əfqanıstanda yenə zəlzələ oldu  |     21:19 Tramp: "Hindistana qarşı sanksiyalar səbəbindən Rusiya yüz milyardlarla dollar itirib"  |     21:12 Kiyevdən Putinin Zelenski ilə Moskvada görüşmək təklifinə REAKSİYA  |     21:00 Azərbaycanda kirayə mənzillərin qiyməti bahalaşır  |     20:54 Hüseyn Həsənovun Rusiyadakı sonuncu biznesi ləğv edildi  |     20:46 Xaçmazda restoranda qanunsuz saxlanılan heyvanlar xilas edilib  |     20:39 Dövlət Xidməti "Telegram" hücumlarını araşdırır  |    

DNT analizinin aparılması qaydası müəyyənləşdi

“Dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi Qaydası” təsdiq edilib.

Bu barədə müvafiq qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb.

Təsdiq edilən qayda “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanuna uyğun şəkildə hazırlanıb. 

Qərara əsasən, ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslərdən, şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərdən, xəbərsiz itkin düşmüşlərin bioloji qohumlarından (bioloji valideynlərdən və ya övladları ilə birlikdə ərdən (arvaddan) və könüllü dövlət genom qeydiyyatından keçirilir.

Naməlum meyitlər də məcburi dövlət genom qeydiyyatından keçirilməlidirlər.

Həmçinin, dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bioloji material qismində şəxslərdən  ağız boşluğunun yanaq nahiyəsinin selikli qişasından qaşıntı üsulu ilə əldə olunan epitel hüceyrələri nümunəsi (yanaq epiteli qaşıntısı) götürülür.
Bioloji material birdəfəlik istifadəyə yararlı, plastik futlyarda qablaşdırılan və bu məqsədlə istehsal edilmiş xüsusi, steril pambıq tampon vasitəsilə hər bir şəxsdən iki ədəd olmaqla götürülür.

Qəbul olunmuş qərar haqqında daha geniş məlumatı buradan əldə edə bilərsiniz.

//oxu.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 248 24.04.19 13:18