Mojo.az Banner
23:00 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     22:43 “100 dollar götürdük, çox utanırdım” - Emindən maraqlı etiraf  |     22:22 "Zirə" braziliyalı futbolçunu heyətinə qatdı  |     22:06 Reper Diddinin həbs müddəti azaldıldı  |     21:55 Nərimanov rayonunda 15 bina söküləcək  |     21:49 Türkiyədə keçmiş nazirin şübhəli ölümü ilə bağlı bir nəfər saxlanıldı  |     21:44 Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı - 5 milyon manata  |     21:36 Gəncədə torpaq satışı adı ilə 48 min manatlıq dələduzluq  |     21:31 İran toy mərasiminə hücumun araşdırılması üçün BCM-yə müraciət edi  |     21:25 Azərbaycanda ötən il 1 yaşadək 1 312 uşaq ölüb  |     21:18 Azərbaycanda vakansiyaların yarıdan çoxu bu sahədədir  |     21:13 Reanimasiyada olan Xalq artistinin həyat yoldaşı Prezidentlə xanımına təşəkkür etdi  |     21:06 Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir - AQTA (VİDEO)  |     21:01 AFFA 4 klubu cərimələdi  |     20:53 "Bu evlərin rəsmiləşdirilməsi büdcəyə 500 milyon manat gətirəcək" - İqtisadçı  |     20:48 19 aptekdə nöqsanlar aşkarlandı  |     20:40 Bu küçədə aparılan təmir və dəyişikliklər sakinlərin narazılığına səbəb oldu - VİDEO  |     20:35 Azərbaycanda bu şəxslərin də maaşı arta bilər  |     20:27 Azərbaycan çempionatında IV turun hakim təyinatları  |     20:22 Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - SİYAHI  |    
Left Banner
Right Banner

Makron: "26 ölkə Ukraynaya qoşun göndərmək öhdəliyi götürüb"

04.09.2025 21:55 906
Makron:
"İstəklilər koalisiyası"nda iştirak edən təqribən 26 ölkə Ukrayna ərazisinə hərbi kontingent göndərməyə hazır olduğunu bildirib".

Median.Az
"İzvestiya" nəşrinə istinadla xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron koalisiyanın Parisdə keçirilən iclasının yekunlarına dair mətbuat konfransında deyib.

"Həqiqətən də hazırda 26 ölkə var ki, onlar rəsmən öhdəlik götürüblər. Bir neçə başqa ölkə hələ öz mövqelərini yumşaldır, lakin 26 ölkə Ukraynada qoşun yerləşdirmək öhdəliyi götürüb", - deyə o qeyd edib.

Qeyd olunur ki, bu tədbirlər Ukrayna tərəfi üçün təhlükəsizlik zəmanətləri kimi nəzərdə tutulub. Fransa prezidentinin sözlərinə görə, sülhməramlı qüvvələr "quru, dəniz və hava" əməliyyatlarında iştirak edəcəklər.

Fransa lideri vurğulayıb ki, koalisiya tezliklə bu təşəbbüsdə iştirak etmək üçün ABŞ-nin töhfəsi barədə razılığa gəlməyə ümid edir.

Makron əlavə edib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlardan imtina edərsə, tərəflər cavab olaraq əlavə sanksiyalar tətbiq edəcəklər.скачать dle 11.3
Mojo.az Banner