Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:39 Bakıda bu avtobuslar YENİLƏNİR | 14:34 Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər? | 14:27 Bayram günlərində işləyənlərə əlavə əməkhaqqı necə hesablanmalıdır? – AÇIQLAMA | 14:25 Saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər: Kimlərə şamil ediləcək? | 14:23 Paşinyanın Türkiyəyə səfəri planlaşdırılır | 14:23 Mövsümi işçilərlə bağlı yeni qayda təklif olunur | 14:13 Daha bir rüsumun ləğvi təklif olunur | 13:54 Rəcəb Tayyib Ərdoğandan Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama (Yenilənib) | 13:46 Uşaq pulu olmadan demoqrafik artıma nail olmaq çətindir – EKSPERT | 13:32 Nigar Fərhadın əri yenidən həbs olundu | 13:22 Lotereya və idman mərc oyunları üçün yeni vergi qaydaları təklif edilir | 13:22 DTX dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri yaxaladı | 13:21 Kənd təsərrüfatında vergitutma qaydaları dəyişir | 13:14 Avtomobil sənayesi üçün yeni güzəşt | 13:13 Azərbaycanda ikinci əl mənzillərin satışı ilə bağlı yenilik | 13:04 Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda | 13:00 İkinci əl avtomobil satanların nəzərinə: Qaydalar dəyişir | 12:55 Gözəllik salonlarında çalışanlar üçün yeni qayda | 12:54 Qazlı içkilərin hər litrinə 10 qəpik aksiz vergisi tətbiq ediləcək | 12:48 Kuryerlər üçün aylıq vergi təklif olunur |
Mojo.az Avto
Mojo.az Avto

Telefonda icra başçısını təhqir etdi - CƏRİMƏLƏNDİ

04.09.2025 11:06 657
Telefonda icra başçısını təhqir etdi - CƏRİMƏLƏNDİ
Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının ünvanına təhqiramiz ifadələr işlədən şəxs məsuliyyətə cəlb edilib.

Median.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl Gəncə şəhər Yeni Qəsəbə yaşayış massivində yaşayan 50 yaşlı N.Salahov dövlət qurumlarının qaynar xəttinə zəng edərək icra başçısının ünvanına nalayiq ifadələr işlədib.

O, sakini olduğu rayonun icra başçısı tərəfindən qəbul edilmədiyini bildirərək əsəbi şəkildə söyüş söyüb.

Məsələ ilə bağlı araşdırma aparılıb və vətəndaş polisə dəvət edilib. Onun əməli ilə bağlı inzibati protokol tərtib edilib.

N.Salahov ifadəsində bildirib ki, müharibə veteranıdır: "Əvvəllər üçüncü dərəcəli müharibə əlili olaraq pensiya alsam da, sonradan əlilliyim ləğv olundu və pensiyam kəsildi. Bu səbəbdən əsəbi halda təhqirlərə yol vermişəm, əməlimdən peşmanam”.

Kəlbəcər Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxs 100 manat cərimə edilərək sərbəst buraxılıb.

Qeyd edək ki, Kəlbəcərin icra başçısı Azər Qocayevdir. 

Son xəbərlər