Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Paytaxt məktəblərində kağız jurnallar ləğv edilir

04.09.2025 14:18 966
Paytaxt məktəblərində kağız jurnallar ləğv edilir
"Yeni tədris ilindən etibarən Bakı şəhərində yerləşən ümumtəhsil müəssisələrində kağız jurnallardan istifadə edilməyəcək, bütün proseslər yalnız "Rəqəmsal məktəb" platforması üzərindən aparılacaq".

Median.Az
"Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova Bakı şəhəri üzrə təhsil işçilərinin sentyabr konfransında deyib.

Onun sözlərinə görə, cari ilin yanvar-fevral aylarından etibarən platformanın tətbiqi istiqamətində işlərə başlanılıb və bu müddət ərzində sistemin təkmilləşdirilməsi aparılıb. Artıq direktorların 98%-i, müəllimlərin isə 93%-i platformada qeydiyyatdan keçib. Bu həftənin sonunadək bütün direktor və müəllimlərin qeydiyyatının tam başa çatdırılması ilə bağlı tapşırıq verilib.

Fidan Nəcəfova əlavə edib ki, məktəb direktorları üçün platformadan qeydiyyat və öhdəliklərlə bağlı təlimlər təşkil olunacaq. Onun sözlərinə görə, "Rəqəmsal məktəb" platformasından istifadə müəllim və məktəb rəhbərliyinin iş yükünün azaldılmasına xidmət edəcək.

O, həmçinin qeyd edib ki, hazırda valideynlərin qeydiyyat göstəricisi 62-65% civarındadır. Bu göstəricinin yüksəldilməsi istiqamətində işlərin görülməsinin vacibliyi vurğulanıb.скачать dle 11.3
Mojo.az Banner