Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu gündən elektron jurnallarda qeydlərin aparılmasına başlanılıb

01.10.2025 19:26 531
Bu gündən elektron jurnallarda qeydlərin aparılmasına başlanılıb
"Rəqəmsal platforma ilkin olaraq mart və aprel aylarında pilot layihə şəklində istifadəyə verilib".

Median.Az
APA-ya istinadən xəbər verir ki, bunu MÜTDA-nın Rəqəmsal İdarəetmə sektorunun müdiri Fidan Nəcəfova deyib.

O bildirib ki, kağız jurnallardan sonra elektron jurnalların tətbiqi müsbət addımdır: "Artıq bu ilin sentyabr ayından kağız jurnallardan imtina etdik. 353 təhsil müəssisəsində kağız jurnallar ləğv olunub və qiymətləndirmələr tamamilə elektron platforma üzərindən aparılır. Elektron jurnal Elm və Təhsil Nazirliyinin dərs müddətində nə baş verdiyinə anında nəzarət etməsinə imkan verəcək".

Fidan Nəcəfova həmçinin qeyd edib ki, bu gündən elektron jurnallarda qeydlərin aparılmasına başlanılır: "Tədris ilinin başlanğıcı olduğu üçün müəllimlərə vaxt vermişdik. Amma bu gündən prosesə başlanılır".

Sektor müdiri bildirib ki, regionlarda 120 yaxın məktəbdə kağız jurnalla yanaşı elektron jurnal da mövcuddur.

O qeyd edib ki, sentyabrın 15-dək təhsil müəssisələrinin rəhbərləri üçün intensiv təlimlər təşkil olunub: "Bu platformanın istifadəsi ilə bağlı təlimlər uğurla keçirilib. İndiki mərhələdə bu proseslər tamamlandıqdan sonra valideynlər də qeydiyyatdan keçə bilərlər. Bakı şəhəri üzrə 70 faiz valideyn artıq qeydiyyatdan keçib. Valideynlər fin kodu ilə qeydiyyatdan keçdikdən sonra övladları haqqında məlumat əldə edə bilirlər".

Son xəbərlər