Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda məktəblər rəqəmsal dərsliyə keçir?

05.07.2024 22:32 1 026
Azərbaycanda məktəblər rəqəmsal dərsliyə keçir?
Hazırda dünyanın bir çox ölkəsində məktəblərdə rəqəmsal dərsliyə tam keçid edilib. Müxtəlif fənn kitablarının ağırlığından başqa, bu keçid şagirdlərin yeni rəqəmsal dünyaya uyğunlaşması və hazırlanması üçün bir addımdır.

Bəs Azərbaycanda rəqəmsal dərsliyə tam keçid nə dərəcədə mümkündür?

Rəqəmsal dərsliyə keçidlə bağlı Elm və təhsil nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, E-dərslik portalı 2014-cü ildən istifadədədir. https://www.e-derslik.edu.az/portal/. Müəllimlər üçün metodiki vəsaitlər artıq 2 ildir ki, yalnız rəqəmsal formatda hazırlanır (onların kağız versiyası çap edilmir).

"Rəqəmsal dərslik texniki standartları Beynəlxalq Rəqəmsal Nəşriyyat Forumu (İDPF) tərəfindən müəyyənləşdirilən elektron dərslikdir. Həmin dərslikləri müxtəlif elektron məlumat daşıyıcılarının, smartfonların, tabletlərin, kompüterlərin yaddaşına köçürmək və ya birbaşa açaraq istifadə etmək mümkündür. Dərsliklər müasir veb brauzerlərdə açılan internet səhifələrində olduğu kimi multimedia, video, səs və interaktiv xarakterli proqramları özündə ehtiva edir. Həmin versiyalarda məlumatı açar söz əsasında axtarışa vermək, hissələri kəsmək, köçürmək və s. əməliyyatları həyata keçirmək mümkündür. Bu dərsliklərin məzmunu kağız dərsliklərlə eynidir. Bütün təhsil müəssisələri rəqəmsal dərsliklər barədə məlumatlıdır. Müəllimlər və şagirdlər dərsliklərdən onlayn və ya oflayn istifadə edir", - deyə qeyd edilib.

Median.Az bildirir ki, məsələ ilə bağlı Trend-in suallarını cavablayan təhsil eksperti Elçin Süleymanov qeyd edib ki, elektron dərsliklər sırf kağız formatında olan dərsliyin elektron formaya çevrilməsi ilə məhdudlaşmamalıdır. Orada əlavə resurlarla dəstəklənməlidir.

"Azərbaycanda pandemiya dövründə məcburən dərsliklər sistemi formalaşdırıldı. Kağız formatında dərsliklər onlayn formata çevrildi. Buarda təbii ki, kağız dərsliklərin çağı müəyyən qədər ekoloji problem yaradır. Amma bütün dərsliklərin rəqəmsal olması uyğun olmaya bilər. Qərbdə bir çox məktəblərdə dərs sinifdə öyrənilir, yəni ev tapşırığı olmur. Onlayn resurslar da bu nöqtədə onların işinə yarıyır. Rəqəmsal dərslikdə müxtəlif izahlar, interaktiv metodlar yer almalıdır. Tədricən müəyyən dərslər elektron formata çevrilə bilər", - deyə o bildirib.скачать dle 11.3
Mojo.az Banner