Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Xaçmazda restoranda qanunsuz saxlanılan heyvanlar xilas edilib

04.09.2025 20:46 918
Xaçmazda restoranda qanunsuz saxlanılan heyvanlar xilas edilib
IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə iştirakı ilə Xaçmaz rayonunda fəaliyyət göstərən iaşə obyektlərindən birində araşdırma aparılıb.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Araşdırma nəticəsində rayonun Müşkür kəndi ərazisində yerləşən "Çənlibel" restoranında qanunsuz olaraq bir sıra fauna növlərinin saxlanılması faktı aşkarlanıb.

Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən adı Qırmızı Kitabına salınmış 1 adi flaminqo (qızılqaz), 2 harayçı qu quşu və 3 şinşilla götürülüb. Xilas edilən heyvanların ilkin müayinəsi zamanı, təbii miqrasiya prosesinə mane olmaq məqsədilə flaminqo və harayçı qu quşlarının qanadlarının uclarının kəsildiyi faktı aşkarlanıb.

Hal-hazırda heyvanların klinik şəraitdə müayinə və reabilitasiyası davam etdirilir. IDEA İctimai Birliyi vətəndaşları təbiəti qorumağa bir daha çağırır və vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verilməməsini, bu kimi hallarla rastlaşdıqda isə IDEA İctimai Birliyinin 1113 "Təbiətə Təcili Yardım" qaynar xəttinə və ya rəsmi sosial media kanallarına məlumat vermələrini xahiş edir.скачать dle 11.3
Mojo.az Banner