Mojo.az Banner
18:11 Mili Məclisdən İranın Naxçıvana PUA hücumları ilə bağlı BƏYANAT  |     18:10 Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA  |     18:09 İsrailli nazirin oğlu hərbi əməliyyatlar zamanı yaralandı  |     17:44 Ata övladları ilə birlikdə qızıla görə bacısı oğlunu döydü - MƏHKƏMƏ  |     16:57 Qətərdən İrana sərt bəyanat  |     16:46 İrandan Azərbaycana 52 nəfər təxliyə edildi  |     16:25 Naxçıvanda yaxınlığına dron düşən məktəbdə SON VƏZİYYƏT  |     15:47 Ramiz Mehdiyevin bankı bağlanır, aktivləri və öhdəlikləri ABB-yə ötürülür  |     15:34 Mərkəzi Bank bu şirkəti 31 min dollar cərimələdi - 600 mindən çox vergi borcu da var  |     15:26 300-dən çox zəvvar Ərəbistandan təxliyə olundu  |     15:25 Rusiya Silahlı Qüvvələri Ukraynada yaşayış məntəqəsini nəzarət altına aldı  |     15:16 Axtarışda olan Afət Fərmanqızı ilə bağlı yekun qərar verildi  |     15:05 İranda ölənlərin sayı 1 300-ü ötdü  |     14:39 Sabah Bakıya növbəti təxliyə reysi baş tutacaq  |     14:19 Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub - FOTO  |     14:18 Azərbaycan İrandan diplomatik heyətini ÇIXARIR  |     14:15 Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub  |     14:13 İrandan sonra növbədə Kubadır? - Trampdan İLGİNC AÇIQLAMA  |     14:12 Ceyhun Bayramov: "Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək"  |     14:10 İranda hələ ki yeni ali lider seçilməyəcək: Səbəb açıqlandı  |    
Left Banner
Right Banner

Leyla Əliyeva Şahdağ Milli Parkının İsmayıllı bölməsində nadir heyvanların vəhşi təbiətə buraxılmasını izlədi - FOTOlar

29.08.2024 22:00 558
Leyla Əliyeva Şahdağ Milli Parkının İsmayıllı bölməsində nadir heyvanların vəhşi təbiətə buraxılmasını izlədi - FOTOlar
Avqustun 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Şahdağ Milli Parkının İsmayıllı bölməsində nadir heyvanların vəhşi təbiətə buraxılması mərasimi keçirilib.

Median.Az xəbər verir ki, mərasim zamanı nəcib marallar, Dağıstan turu və tirəndazlar xüsusi seçilmiş təbii ərazilərə buraxılıb.

Qeyd edilib ki, 2022-ci ildə Leyla Əliyevanın iştirakı ilə Şahdağ Milli Parkında xüsusi ayrılmış yerdə adaptasiya dövrü keçməsi üçün buraxılmış 4 nəcib maral populyasiya yolu ilə artaraq 10 başa çatıb. IDEA İctimai Birliyi tərəfindən bu populyasiyaya əlavə olaraq Bakı Zooloji Parkından daha 2 nəcib maral əraziyə köçürülərək onların ümumi sayı 12 başa çatdırılıb. Beləliklə, tədbir çərçivəsində 12 nəcib maral, eləcə də Bakı Zooloji Parkında çoxaldılaraq böyüyən 10 tirəndaz və 3 Dağıstan turu vəhşi təbiətə buraxılıb.

Diqqətə çatdırılıb ki, Bakı Zooloji Parkının əsas fəaliyyət istiqamətlərindən biri də Azərbaycanın nadir və nəsli kəsilməkdə olan fauna növlərinin çoxaldılması və sayının bərpa edilməsidir. Şahdağ Milli Parkında vəhşi təbiətə buraxılan heyvanlar da IDEA İctimai Birliyi, Bakı Zooloji Parkı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə layihəsi olan "Biomüxtəlifliyin inkişaf etdirilməsi" layihəsi çərçivəsində çoxaldılıb. Layihənin əsas məqsədi ölkəmizin nadir və nəsli kəsilməkdə olan fauna növlərini, o cümlədən Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmiş heyvanları çoxaldaraq, onların tarixi areallarını bərpa etmək üçün vəhşi təbiətə buraxılmasıdır.
Həmçinin bildirilib ki, IDEA İctimai Birliyinin uğurlu layihələrindən biri də "Zubrların Azərbaycana reintroduksiyası" proqramıdır. 2019-cu ildən etibarən Qafqazda nəsli kəsilmiş zubrun təbiətə qaytarılması üzrə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Zooloji Parkı və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən bu proqram çərçivəsində ölkəmizə Avropanın müxtəlif yerlərindən zubrlar gətirilir. Proqramın uğurlu icrası nəticəsində Azərbaycanda zubrların sayı artıq 70 başa çatmaq üzrədir.
Bu cür layihələr Azərbaycanın biomüxtəlifliyinin zənginləşdirilməsində mühüm rol oynayır. Layihənin təşkilatçıları Azərbaycan ictimaiyyətini nadir heyvanların qorunması, sayının artırılması və qanunsuz ovlanmasının qarşısının alınması istiqamətində fəal olmağa çağırır.




скачать dle 11.3
Mojo.az Banner