Mojo.az Banner
22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |     20:36 Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər  |     20:29 Azərbaycanın cüdo tarixində rekord...  |     20:20 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     20:06 Bakıda məşhur restoranda biabırçı vəziyyət - İddia - Video  |     20:00 Baloğlan Əşrəfovun oğlu: "Atama qarşı haqsızlıqlar çox oldu"  |     19:12 Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü  |     19:10 Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?  |     19:04 Tanınmış türkiyəli müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü  |     18:54 Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın  |    
Mojo.az Avto
Mojo.az Avto

Tülin Ələkbərova restoranda qadını niyə döyüb? (TƏFƏRRÜAT)

04.09.2025 22:48 753
Tülin Ələkbərova restoranda qadını niyə döyüb? (TƏFƏRRÜAT)
Kikboksçu Tülin Ələkbərovanın "Burju baku" restoranında Kəmalə adlı qadını döyməsinin təfərrüatı məlum olub.

Qaynarinfo-nun məlumatına görə, 2004-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, məşqçi işləyən Tülin Ələkbərova Kəmalə adlı qadını ayaqyoluna girmək üstündə döyüb.

Sözügedən restoranda Tülin Ələkbərova içkinin təsirindən özünü pis hiss edib. Sevda adlı tanışı onu ayaqyoluna aparıb. Bu zaman içkinin təsirindən özünü pis hiss edən Kəmalə adlı qadın da ayaqyoluna gedib.

Zərərçəkmiş qadın məhkəmə ifadəsində bildirib ki, içəri daxil olmaq istəyib, amma Sevda ona imkan verməyib. O, ayaqyoluna gəldiyini və hansı səbəbdən onu içəri buraxmadığını soruşsa da, sonuncu buna məhəl qoymayıb və ondan gözləməyi tələb edib:

"Çölə çıxaraq təxminən 5 dəqiqə gözlədim. Artıq özümü pis hiss etdiyim üçün gözləyə bilmədim və yenidən içəri girməyə cəhd göstərdim. Həmin vaxt Sevda məni itələyərək, nalayiq ifadələr işlətməyə başladı. Nə qədər sakit durmağa çalışsam da, sonradan adını öyrəndiyim Sevda kobud danışmağa davam etdi".

Daha sonra içəridən sonradan adını öyrəndiyi Tülün çıxaraq onun sifət nahiyəsinə zərbə vurub. Kəmalə yerə yıxılsa da, təkrar qarın nahiyəsinə təpiklə vuraraq, ona xəsarətlər yetirib. O, yerə yıxıldıqdan sonra Tülün qarın nahiyəsinə təpiklə vuruv, sağ əlini dişləyib.

Kəmalə baş vermiş hadisədən sonra aldığı müalicə aldığını və işsiz qaldığnın, buna görə ona ona ümumilikdə 5000 manat maddi ziyan dəydiyini deyib.

Tülin Ələkbərova isə zərərçəkmişu anasını təhqir etdiyinə görə yumruqla bir dəfə vurduğunu bildirib.

Məhkəmə Tülin Ələkbərovanı Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib, həbsdə saxlanıldığı 2 gün çıxılmaqla 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Təqsirləndirilən qadın cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.скачать dle 11.3
Mojo.az Banner