DYP hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:41 ABŞ-də daha bir hava gəmisi qəzaya uğrayıb, ölənlər var  |     19:36 Vatikan: Papa kritik fazanı geridə qoyub  |     19:29 Üç min manata kollecə qəbul üstündə mübahisə qanla bitdi - Qaxdakı davanın DETALLARI  |     19:22 Bayramda Abşeron dairəvi xəttində qatarlar qeyri-iş günləri qrafiki ilə çalışacaq  |     19:10 FHN-in sabiq rəsmisi: "Tapşırdılar ki, işçilər işdən azad edilmə ərizəsini yazsınlar"  |     19:08 İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanılıblar  |     19:07 Azərbaycanda "Sazişlərin Rəqabət Məcəlləsindəki şərtlərə cavab verməsinə dair meyarlar" təsdiqlənib  |     19:02 Qazaxıstan prezidenti Azərbaycanın xarici işlər nazirini qəbul edib (YENİLƏNİB)  |     18:52 Qubada vəzifəli şəxs müəlliməni xəstəxanalıq etdi - Son vəziyyəti AÇIQLANDI  |     18:50 Pakistanda silahlılar qatara hücum edərək sərnişinləri girov götürdülər: Altı ölü  |     18:45 Bakıda bir qrup şəxsin dəyənəklərlə sürücünü ölümcül döyməsinin SƏBƏBİ BİLİNDİ - VİDEO  |     18:42 DTX-nin Qusar əməliyyatı - "Meşə qardaşları" barəsində YENİ QƏRAR  |     18:40 İlham Əliyev Eldar İbrahimovu təltif etdi  |     18:36 "Vətən" restoranında istehlaka yararsız məhsullar aşkarlandı - FOTO  |     18:16 Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə ilə bağlı YENİ İDDİALAR  |     18:13 Bacısını yeddinci dəfə ərə getməsin deyə öldürdü - 17 yaşlı Rasimin törətdiyi dəhşətli QƏTL  |     17:54 Azərbaycanda 15 yaşlı qızına qarşı əxlaqsız hərəkət edən 51 yaşlı ataya cəza verildi  |     17:42 Xəzər dənizi vasitəsi ilə Azərbaycana narkotik keçirmək istədilər  |     16:29 Gəncədə baş verən bıçaqlanma hadisəsi barədə təhsil idarəsindən AÇIQLAMA  |     16:14 Gələn ay toyu olacaqdı - Faciəli şəkildə ölən gəncin FOTOLARI  |    

DYP hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq etdi

Dövlət Yol Polisi Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən bildirilib ki, sürücülik təcrübəsi az olan sürücülər qarlı havada və buz bağlamış yollarda avtomobil idarə etməməlidirlər.

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevralın 18-dən 19-na keçən gecədən etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

BDYPİ bununla əlaqədar sürücülərin nəzərinə çatdırır ki, yollarda yarana biləcək qəzalar və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülər avtomobil idarə edərkən diqqətli olmalı, bəzi yolların buz bağlama ehtimalını nəzərə alaraq, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməlidirlər. Eyni zamanda zərurət olmadan sürücülərin ötmə əməliyyatı aparmamaları və qəfil manevrlər, eləcə də kəskin tormozlama etməmələri tövsiyə olunur”, - Dövlət Yol Polisindən bildirilib.

Qeyd olunub ki, qarlı-buzlu yollarda sürücülük təcrübəsi az olan sürücülərin avtomobil idarə etmələri onların özləri, eləcə də digər hərəkət iştirakçıları üçün təhlükə yaratma ehtimalı yüksəkdir: "Bunu nəzərə alaraq, qeyd olunan hava şəraitində onların sükan arxasına əyləşməmələri xahiş olunur".//qaynarinfo.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 710 18.02.19 19:07