Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Üç min manata kollecə qəbul üstündə mübahisə qanla bitdi - Qaxdakı davanın DETALLARI

11.03.2025 19:29 708
Üç min manata kollecə qəbul üstündə mübahisə qanla bitdi - Qaxdakı davanın DETALLARI
Qaxda kollecə qəbul üstündə qonşusunu döyən şəxsə hökm oxunub.

Median.Az
Modern.az-a istinadən xəbər verir ki, hadisə ötən ilin yanvar ayında baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Qax sakini Fərruxun (ad şərtidir) həyat yoldaşı Sevgili texnikuma qəbul olmaq istəyib, lakin topladığı bal kifayət etməyib.

Bu zaman qonşusu Müşfiq (ad şərtidir) ona kömək edə biləcəyini bildirib və "işi yoluna qoymaq" üçün 3 000 manat istəyib.

Fərrux isə yalnız 2500 manat verə biləcəyini bildirib və tərəflər razılığa gəliblər. Lakin Sevgili həmin kollecə qəbul ola bilməyib, topladığı balla başqa bir kollecə daxil olub. Bundan sonra Müşfiq dəfələrlə qonşusu Fərruxdan 3000 manatın tam ödənilməsini tələb edib. Fərrux isə "sən bu işi həll etməmisən, niyə pul istəyirsən?" - deyərək pulu verməkdən imtina edib.

Bu məsələ onların arasında gərginliyə səbəb olub. Hadisə günü 12 yanvar 2024-cü ildə Müşfiq binanın girişində Fərruxu saxlayaraq ona - "mənim arvadımın adı hallanmasın", - deyib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Aralarında yaranan mübahisə əlbəyaxa davaya çevrilib, Fərrux Müşfiqi təpik və yumruqla döyüb. Ekspertizaya görə, onun alın sümüyü sınıb, baş-beyin silkələnməsi və digər zədələr qeydə alınıb. Fərrux isə məhkəmədə özünü müdafiə edərək bildirib ki, əslində Müşfiq onu boğmağa çalışıb və o, sadəcə özünü qorumaq üçün qarşı tərəfi itələyib.

Məhkəmə şahid ifadələri və ekspertiza nəticələrini araşdıraraq Fərruxu Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərərvurma) təqsirli bilərək ona 4 il azadlıqdan məhrumetmə cəzası verib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Son xəbərlər