Mojo.az Banner
23:00 Ehtiyatlı olun! Ulduzlar bu bürclərə xəbərdarlıq edir  |     22:50 Ordumuzun giziri həlak oldu - FOTO  |     22:42 Bu universitet bağlanır? - Tələbələr narahatdır (VİDEO)  |     22:37 Anası tərəfindən zəncirləndiyi deyilən 17 yaşlı oğlan müəssisəyə yerləşdiriləcək  |     22:30 Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlandı  |     22:25 Yaylaq festivalında xəsarət alanların kimliyi məlum oldu (YENİLƏNİB)  |     22:16 Sumqayıtda qəzada ölən hakimin anası 1 milyon manat təzminat istəyib  |     22:11 Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı  |     22:02 Ağdamın iki kəndində güclü yanğın davam edir: Dörd rayondan qüvvələr cəlb olunub (Yenilənib)  |     21:39 Məhərrəmlik nə vaxt bitir?  |     21:32 Piyada qaydanı pozduqda sürücünün məsuliyyəti necə müəyyən edilir?  |     21:18 İspaniyada meşə yanğınlarına görə 70 mindən çox insan təxliyə edilib  |     20:51 Xətaidə evyaran üç nəfər SAXLANILDI  |     20:47 Paşinyanla Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdilər  |     20:42 NATO-da ŞOK HADİSƏ: Qərargahda çalışan casus saxlanıldı  |     20:25 Ləğv prosesində olan banklara görə ödənilən kompensasiyanın məbləği açıqlandı  |     20:19 Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr  |     20:11 Professor: Korvalolun istifadəsi həkim təyinatı ilə olmalıdır  |     20:06 Aşıq Əhlimanın səhhətində ciddi irəliləyiş yoxdur - Oğlu son vəziyyəti açıqladı  |     20:00 Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq  |    
Left Banner
Right Banner

Naxçıvandakı toyda mahnı üstündə DAVA - MƏHKƏMƏ İŞİ

09.12.2023 21:13 1 623
Naxçıvandakı toyda mahnı üstündə DAVA - MƏHKƏMƏ İŞİ
Naxçıvan şəhərində toy mərasimində dava salan şəxsə hökm oxunub.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, hadisə 2023-cü ilin 17 iyununda şadlıq saraylarının birində baş verib.

Belə ki, 1967-ci il təvəllüdlü Əli Qafarov (ad şərtidir) həmin tarixdə şadlıq sarayında qardaşı oğlunun toy şənliyində iştirak edib.

Toyda spirtli içki qəbul edən Əli Qafarov qohumlarının mahnı üstündə mübahisə etdiklərini görüb.

O, bacısı oğlu ilə qardaşı oğlunun mahnı dəyişmək üstündə yaranan mübahisələrinin davaya keçdiyini görüb. Qohumlarının çölə çıxaraq mübahisəni davam etdirdiklərini görən Əli Qafarov onları sakitləşdirmək istəyib.

Lakin dava böyüyüb və ora digər şəxslər də gəliblər.

Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Fuad Məmmədov (ad şərtidir) bildirib ki, o, hadisə zamanı sakitliyin təmin olunmasını tələb edib.

"Xahiş edirəm, asayişi pozub səs-küy salmayın. Sakit olun və hörmətsizlik etməyin", - dedim. Lakin Əli Qafarov aqressiv şəkildə reaksiya verdi. Üzərimə gəlib sifət nahiyəmdən bir yumruq zərbəsi vurdu", - deyə F.Məmmədov ifadəsində göstərib.

O aldığı yumruq zərbəsindən üst dodağında qançır əmələ gəlib.

Əli Qafarov ifadəsində qeyd edib ki, sərxoş olduğundan hadisəni tam olaraq xatırlamır. O, baş vermiş hadisəyə görə üzr istədiyini və peşman olduğunu bildirib. Ona yüngül cəza verilməsini xahiş edib.

Zərərçəkmiş isə təqsirləndirilən şəxsi bağışladığını, onun sərxoş olduğundan bu əməli törətdiyini, ondan şikayət və tələbinin olmadığını bildirib.

Naxçıvan Şəhər Məhkəməsinin dekabrın 8-də keçirilən iclasında cinayət işi ilə bağlı hökm oxunub.

Hökmə əsasən, Əli Qafarov 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə iclas zalında dərhal həbsdən azad edilib.

Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner