Mojo.az — elanlar
Son Xəbərlər
16:29 Xarici ölkə vətəndaşlarının tapşırıqlarını yerinə yetirənlər ələ keçdilər - Əməliyyatın videosu  |     16:27 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     16:18 Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi  |     15:49 Müğənni Jony nadir xəstəliyə tutulub  |     15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

FHN-in sabiq rəsmisi: "Tapşırdılar ki, işçilər işdən azad edilmə ərizəsini yazsınlar"

11.03.2025 19:10 792
FHN-in sabiq rəsmisi:
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun fəxri fərman və fərqlənmə diplomları ilə təltif etdiyi sabiq rəis qanunsuz olaraq işdən çıxarıldığını iddia edir.

Median.Az
"Qaynarinfo"ya istinadla xəbər verir ki, FHN-in Maddi-Texniki Təchizat İdarəsinin ümumi şöbəsinin sabiq rəisi Faiq Ağalarov özü və idarənin xeyli sayda əməkdaşının aldadılaraq işdən çıxarıldığını bildirib.

"2009-cu ildən 2023-cü ilin sonlarınadək FHN-in Maddi-Texniki Təchizat İdarəsində işləyərək əmək fəaliyyəti ilə məşğul olmuşam. 30 iyul 2009-cu ildə idarənin ümumi şöbəsinin iş icraçısı vəzifəsinə, 2 oktyabr 2013-cü il tarixdə həmin şöbənin mütəxəssisi vəzifəsinə, 23 iyun 2014-cü il tarixdə şöbənin rəisi vəzifəsinə təyin edilmişəm. 30 oktyabr 2023-cü il tarixində FHN-lə bağlanmış əmək müqaviləmə xitam verilib və idarənin ümumi şöbəsinin rəisi vəzifəsindən azad edilmişəm.

Maddi-Texniki Təchizat İdarəsində işlədiyim dövrdə hər hansı intizam məsuliyyətinə cəlb edilməmişəm, əksinə, dəfələrlə nazir Kəmaləddin Heydərov tərəfindən fəxri fərman və fərqlənmə diplomları ilə təltif olunmuşam. Maddi-Texniki Təchizat İdarəsi nazirliyin tərkibində olsa da, dövlət qulluğuna aid edilməyən mülki bir idarə olub. Artıq bir neçə il idi ki, nazirlik tərəfindən Maddi-Texniki Təchizat İdarəsinin də FHN-in digər idarə və şöbələri kimi dövlət qulluğuna keçirilməsi üçün lazımi sənədləşdirilmə işləri aparılırdı. Bu sahədə də idarənin ümumi şöbəsinin rəisi kimi fəal iştirak etmiş, tələb olunan sənədlərin hazırlanması prosesinə rəhbərlik etmişəm. 2023-cü ilin oktyabr ayından təmsil etdiyim idarənin əməkdaşları da dövlət qulluqçusu kimi qeydiyyata alınmağa başladı. Dövlət qulluğuna keçid reallaşdıqdan sonra nazirliyin aidiyyəti qurumlarının vəzifəli şəxsləri tapşırdılar ki, idarənin bütün işçiləri öz xahişləri ilə işdən azad edilmə barədə ərizə yazsınlar".

O bildirib ki, həmin vaxt əksər işçilər öz xahişləri ilə işdən azad edilmə barədə ərizə yazmaqdan ehtiyat edib, bu tələbi yerinə yetirməyiblər:

"Belə olan halda, nazirliyin aidiyyəti idarəsinin vəzifəli əməkdaşları idarəyə gələrək, iclas keçirdilər və bir daha bildirdilər ki, Maddi-Texniki Təchizat İdarəsi nazirliyin digər idarə və şöbələri kimi dövlət qulluğuna keçdiyi üçün idarənin bütün işçiləri öz xahişləri ilə işdən azad edilmə, həmçinin yenidən dövlət qulluğu hesab edilən həmin işə qəbul edilmələri barədə ərizə yazmalıdırlar və nazirin tapşırığı ilə bütün işçilər əvvəlki iş yerləri və vəzifələrində qalaraq, əmək fəaliyyətlərini davam etdirəcəklər, heç kəs işdən kənarlaşdırılmayacaq. Bu iclasın gedişi idarəmizin əməkdaşları tərəfindən səs yazısı formasında qeydə alınıb və həmin səs yazısı da var".

Faiq Ağalarov əlavə edib ki, bundan sonra idarənin bütün əməkdaşları 2023-cü ilin oktyabr ayının sonlarında öz xahişləri ilə işdən azad edilmək barədə birinci və yenidən həmin işə qəbul edilmə barədə ikinci ərizəni yazaraq, nazirliyin kadrlar şöbəsinə təqdim ediblər:

"Bu əsasla da, idarənin əməkdaşlarının işdən azad edilməsinə və dekabr ayından başlayaraq, təxminən 120 əməkdaşdan əksəriyyətinin elə həmin ay, yəni bir neçə gün ərzində yenidən işə qaytarılmasına başlanıldı. Qalan hissəsi isə sonrakı aylarda əvvəlki və ya öz arzuları ilə nazirliyin tərkibində başqa işlə təmin edildilər. Bu proseslər bir neçə ay davam etdiyindən aldadılaraq işdən azad edilən əməkdaşlar nazirliyin yeni təyinatlarını gözləyirdilər və vaxtaşırı xatırlatma ərizəsi ilə müraciət edirdilər. Buna baxmayaraq, idarənin bir necə əməkdaşının, o cümlədən ümumi şöbəsinin rəisi kimi mənim də FHN-də vəzifəmizə geri qaytarılmamız təmin edilməyib".

Keçmiş rəis bildirib ki, dəfələrlə ərizə və teleqramlarla nazirliyin rəhbərliyinə müraciət etsələr də, hər qəbulda işlə təmin ediləcəkləri bildirilsə də, tələbləri icra edilməyib. O, işdən azad edilməsindən bir ilə yaxın müddət keçdikdən sonra hesab edir ki, nazirlik onu yeni işlə təmin etmək istəmir. Belə olan halda rəsmi ərizə ilə FHN-ə müraciət edərək, bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin və əmək kitabçasının ona verilməsini tələb edib. 2024-cü ilin noyabr ayının 29-da əmək kitabçası nazirliyin Kadrlar İdarəsi tərəfindən ona qaytarılsa da, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin verilməsi təmin edilməyib.

Sabiq rəis bu barədə məhkəməyə müraciət edib. Bir neçə gün əvvəl keçirilən prosesdə onun iddiası tələb edilməyib. Səbəb kimi isə işdən çıxarılması ilə bağlı müddətin keçməsi göstərilib.

Qeyd edək ki, FHN-in Kadr siyasəti Baş İdarəsinin rəisi general Sevda Şirinova və Maddi-Texniki Təchizat İdarəsinin rəisi Elnar İmanovdur.

Son xəbərlər