Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |     19:46 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb  |     19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |    
Mojo.az Avto
Mojo.az Avto

Qubada vəzifəli şəxs müəlliməni xəstəxanalıq etdi - Son vəziyyəti AÇIQLANDI

11.03.2025 18:52 1 026
Qubada vəzifəli şəxs müəlliməni xəstəxanalıq etdi - Son vəziyyəti AÇIQLANDI
Qubada baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, ona bədənin bel və sağrı nahiyəsinin əziyi diaqnozu təyin edilib.

"Martın 11-i, saat 8:16-da Quba rayonunda baş verən yol qəzası nəticəsində xəsarət alan 1974-cü il təvəllüdlü şəxs (qadın cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Hazırda müalicəsi Travmatologiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilən şəxsin yaxın günlərdə ambulator müalicəyə buraxılması nəzərdə tutulub", - deyə məlumatda bildirilir.

* * * * *

Qubada yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Belə ki, Quba Rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinin müdiri Röya Bəhruz qızı Sultanova idarə etdiyi "Kia Sportage" markalı avtomobillə işə gedərkən, Əliqulu Nərimanov küçəsində yol keçmək istəyən 51 yaşlı fizika müəlliməsi Şəlalə Əli qızı Ağayevanı vurub.

Piyadanın bud sümüyü sındığına görə vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Quba Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər