Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI

18.08.2025 16:38 696
Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Salyan rayonunda baş verən və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Salyan rayonunun Yenikənd kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar avqustun 18-i, saat 07:10-da iki nəfər (biri qadın cinsli, biri kişi cinsli olmaqla) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Müxtəlif yüngül bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.

Son xəbərlər