Bu cihaz olmadığından özəl xəstənalara üz tuturlar - VİDEO
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sümük sıxlığını ölçmək üçün zəruri tibbi avadanlıq yoxdur.
Həkim-radioloq Aydın Əliyev “Xəzər TV"yə müsahibəsində əvəllər işlədiyi institutda sümük densitometriyası cihazının olmadığını, yaxud varsa da, işləmədiyini iddia edib.
O, qeyd edib ki, sümük sıxlığının ölçülməsi, osteoporoz və osteopeniya kimi xəstəliklərin müəyyənləşdirilməsi, sümük toxumasının vəziyyətinin qiymətləndirilməsi baxımından avadınlıq mühüm əhəmiyyət daşıyır.
Aydın Əliyevin sözlərinə görə, sümük densitometriyası cihazını nə MRT, nə də KT müayinəsi əvəz edə bilməz. Mütəxəssis hesab edir ki, dövlət xəstəxanalında bu cihazın olmaması pasiyentləri özəl klinikalarda müayinəyə məcbur edir. Bu isə maddi çətinliklərə səbəb olur.