Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda 70-dən çox talassemiya xəstəsi sümük iliyi köçürülməsi üçün növbə gözləyir

08.05.2025 21:02 1 311
Azərbaycanda 70-dən çox talassemiya xəstəsi sümük iliyi köçürülməsi üçün növbə gözləyir
Azərbaycanda hazırda 70-dən çox talassemiya xəstəsi sümük iliyi transplantasiyası üçün növbə gözləyir.

Bunu "Report"a açıqlamasında Talassemiya Mərkəzinin Baş həkimi Səhər İsmayılova deyib.

Onun sözlərinə görə, bu ilin ötən dövründə 12 nəfərə sümük iliyi köçürülməsi əməliyyatı tətbiq olunub, onlardan 10-u talassemiya xəstəsidir:

"Həmin pasiyentlərin vəziyyəti qənaətbəxşdir və heç bir ölüm faktı aşkarlanmayıb".

S.İsmayılova bir daha xatırladıb ki, tibb müəssisələri Azərbaycanda yeganə sümük iliyi transplantasiyası tətbiq edən mərkəzdir. Burada təkcə talassemiya xəstələri üçün yox, digər qrupdan olan xəstələrə də ilik əməliyyatı icra olunur.

Baş həkim eyni zamanda talassemiya xəstələrinə sümük iliyi köçürülməsi məsələsində ən böyük problemin donorun çətin tapılmasında görüb:

"Əgər donor rahat tapılsa, əməliyyatı rahat şəkildə icra edə bilərik. Ailə üzvləri arasından donorun tapılma ehtimalı 25 faizdir. Uyğun ilik adətən bacı və qardaşdan götürülür. Təəssüf ki, bir qrup talassemiya xəstələri bu sarıdan şanslı ola bilmir və nəticədə donoru tapılmayanlar məcbur növbə gözləməli olur".

Qeyd edək ki, 8 May – Beynəlxalq Talassemiya Günüdür.скачать dle 11.3
Mojo.az Banner